PR

Kapital Bank-ın 305 müştərisi pul mükafatı qazandı – MƏBLƏĞLƏR
10 İYUL
159

Kapital Bank-ın 305 müştərisi pul mükafatı qazandı – MƏBLƏĞLƏR

2017-07-10 11:03:00

Kapital Bank-ın Visa kart sahibləri üçün “Qazandıran xərclər” adlı lotereyası yekunlaşdı. Ümumi olaraq lotereya ərzində 305 müştərinin hər biri 50 AZN, lotereyanın sonuncu tirajında isə 1 müştəri 1000 AZN qazanıb. Qaliblərin siyahısı bankın korporativ saytında dərc olunub.

Şərtlərə görə, ölkə daxilindəki POS terminallar vasitəsilə minimum 1 AZN ödəniş edən müştərilər, qəbzin üzərindəki 6 rəqəmli avtorizə şifrəsini bankın saytında olan müvafiq bölmədə qeydiyyatdan keçirərək, lotereyada iştirak edirdilər.

Qeyd edək ki, Visa kartlarını Kapital Bank filiallarında və ya Bankın korporativ saytından onlayn sifariş etmək mümkündür. Kapital Bank Azərbaycan manatı, ABŞ dolları və avro valyutası əsasında ödəniş kartlarını 1, 2 və ya 3 il müddətinə təklif edir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+30°C
  • $ USD
    1.7008
  • € EUR
    2.0342
  • ₽ RUB
    0.0294