PR

Kapital Bank hərbçilərə 2% endirimlə kredit kampaniyası təqdim edir
19 İYUN
191

Kapital Bank hərbçilərə 2% endirimlə kredit kampaniyası təqdim edir

2017-06-19 11:46:00

Kapital Bank 26 iyun – Silahlı Qüvvələr Günü münasibətilə 19 – 30 iyun tarixləri aralığında hərbçilərə güzəştlə yeni kredit kampaniyası təqdim edir. Aksiya çərçivəsində Kapital Bank-a müraciət edən hərbçilərə illik faiz dərəcəsində 2% endirim edilir. Kredit rəsmiləşdirilməsi zamanı komissiya 0% təşkil edəcək.

Qeyd edək ki, Kapital Bank-da “Gündəlik tələbat krediti”nin məbləği 300 – 20 000 manat təşkil edir, müddəti isə 3 aydan 36 ayadək rəsmiləşdirilə bilər. Bu məhsul üzrə kreditlər əmək haqqı və ya təqaüdünü Kapital Bank-dan alan müştərilərə şamil edilir. Kredit rəsmiləşdirilməsi üçün əmək haqqı və ya təqaüd kartı, həmçinin şəxsiyyəti təsdiq edən sənəd tələb olunur. Kredit barədə ətraflı – https://kapitalbank.az/loans/cash?hl=az .

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+15°C
  • $ USD
    1.7001
  • € EUR
    2.0063
  • ₽ RUB
    0.0296