PR

“Bakcell” yeni limitsiz internet paketini təqdim edir
16 İYUN
358

“Bakcell” yeni limitsiz internet paketini təqdim edir

2017-06-16 11:16:00

Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi Bakcell şirkəti yüksəksürətli mobil internetdən faydalanmaq istəyən abunəçilər üçün “Mənim saatım” adlı innovativ internet paketi təqdim edir. Bu yeni məhsul sayəsində abunəçi gün ərzində bir dəfə 60 dəqiqəlik bir müddət seçə və həmin vaxt üçün cəmi 50 qəpik ödəməklə, internetdən limitsiz istifadə edə bilər.

Paketdən gündə yalnız bir dəfə, saat 01:00-dan 19:00-a qədər yararlanmaq mümkündür. Paketi aktivləşdirmək üçün*570*50#YES kodunu yığmaq lazımdır.

“Ədalətli istifadə” siyasətinə əsasən digər cihazların “Wi-Fi Hotspot” vasitəsilə qoşularaq bu paketdən istifadə etməsi mümkün deyil. Paketin vaxtı bitdikdən sonra abunəçi öz balansındakı digər İnternet paketindən və ya abunə olduğu tarifə uyğun İnternet trafikindən istifadə edə bilər.

Qeyd edək ki, Bakcell şirkəti internet sürətinin yoxlanılması və təhlili sahəsində dünya lideri olan “Ookla” şirkəti tərəfindənAzərbaycanda “ən sürətli mobil şəbəkə” mükafatına layiq görülüb.

Bundan əlavə, Bakcell “Instagram”, “WhatsApp”, “YouTube” və “Facebook” istifadəçiləri üçün eksklüziv internet paketləri təqdim edir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+15°C
  • $ USD
    1.7001
  • € EUR
    2.0063
  • ₽ RUB
    0.0296