PR

Unibank Mobile istifadəçilərinə hədiyyə qazandırır
14 İYUN
92

Unibank Mobile istifadəçilərinə hədiyyə qazandırır

2017-06-14 11:46:00

Kommunal, hökumət ödənişləri, kreditlər və digər ödənişləri edərkən bonuslar qazanmaq istəyirsinizsə, ödənişlərinizi Unibank Mobile-la edin. Mobil əlavəyə edilən funksiya ödənişlər  və depozitlərlə bağlı bir sıra əməliyyatlarda sizə bonus balları qazandıracaq.  Bonuslar bölməsindəki kvest əməliyyatları isə sizə əlavə 250 bal qazandırır. Qazandığınız bonusları hədiyyələrə və digər ödənişlərə yönləndirə bilərsiniz. Unibank Mobile-a əlavə edilən digər yeni  funksiya isə ölkədaxili bütün kartlara köçürməni mümkün edir. Mobil əlavədən istifadə qaydaları, imkanlar, bir sözlə bu haqda bütün bilmək istədiyiniz məlumatlar menyunun “Ayarlar” bölməsində olan FAQ (sual/cavab bazası) funksiyasında cavablandırılıb. 

Unibank Mobile hansı imkanları yaradır?

-    Bütün hesablarınıza onlayn şəkildə nəzarəti mümkün edir;

-    Telefonunuzun kitabçasında qeydiyyatda olan dostlarınıza siyahıdan rahat şəkildə köçürmə etməyə imkan verir;

-    Unibank-dakı bir kart və ya hesabınızdan digər kart və ya hesabınıza pul köçürməsi, kartın bloklanması və blokdan açılması - bunlar hamısı bir kliklə mümkündür;

-    Olduğunuz yerdən kommunal, internet , kabel tv , kredit - istədiyiniz ödənişi həyata keçirin;

-    Aylıq ödənişlərinizi sistemə avtomatik ödənişlər siyahisina daxil edin və bu ödənişlər təyin etdiyiniz vaxtda avtomatik köçürülür;

-    Unibank Mobile əlavəsi sizə həmçinin depozit  və cari hesab açmağa imkan yaradır. Bundan əlavə mövcud əmanətlərinizlə bağlı bütün məlumatları banka gəlmədən əldə edə bilərsiniz. 

Siz Unibank Mobile-ın köməyi ilə bankın istənilən filialı, ödəmə terminalı və bankomatlarını tapa, gündəlik valyuta kurslarından, bank yenilikləri və kampaniyalardan ən tez xəbər tuta bilərsiniz.

Unibank Mobile  İOS və Android platformalarında işləyir. Öz smartfonunuza və planşetinizə Unibankın mobil bank xidmətini bu linkindən http://onelink.to/ffdbwf   yükləyə bilərsiniz. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+23°C
  • $ USD
    1.7022
  • € EUR
    1.8999
  • ₽ RUB
    0.0285