PR

Kapital Bank yeni Nərimanov Kart Mərkəzini istifadəyə verdi
05 İYUN 2017
640

Kapital Bank yeni Nərimanov Kart Mərkəzini istifadəyə verdi

2017-06-05 12:58:00

Kapital Bank müştəri xidmətinin inkişafı istiqamətində mütəmadi olaraq yeni layihələri həyata keçirir. Bakı şəhəri üzrə yeni Nərimanov Kart Mərkəzi filialının açılışını misal göstərmək olar. Ölkənin maliyyə bazarında yeniliyə imza atan Kapital Bank kart mərkəzinin açılışı ilə fərqli, lakin daha müasir və rahat bank xidmətlərini müştərilərinə təqdim edir.

Bakının Nərimanov rayonu, Mirzəbala Əhmədzadə küçəsi 13 (Nərimanov parkının yanında) ünvanında yerləşən mərkəz müştərilərə kartların verilməsi və bir sıra bank əməliyyatları üzrə xidmətləri (hüquqi / fiziki şəxslərə hesabların açılması, əmanətlərin cəlb edilməsi, hesablaşma-kassa xidmətləri, pul vəsaitlərinin və ödəniş vasitələrinin köçürülməsi üzrə xidmətlərin göstərilməsi) həyata keçirəcək.

“Kapital Bank-ın Binəqədi, Şuşa, Nərimanov, Nəsimi, Cəfər Cabbarlı, Yasamal, İçəri Şəhər, Səbail və Xətai filiallarının müştəriləri artıq Bakı şəhər Təhsil İdarəsinin əmək haqqı layihələri, sosial, pensiya və digər kartlarını yeni mərkəzdən əldə edə biləcəklər. Həmçinin fiziki məhdudiyyəti olan müştərilər üçün evlərdə səyyar xidmət göstərilir. Bunun nəticəsində filialların iş yükü azalacaq və müştərilər minimum vaxt sərf edərək digər əməliyyatlar həyata keçirə biləcəklər. Yaxın gələcəkdə ölkə üzrə digər Kart Mərkəzlərinin də açılacağı planlaşdırılır”, - deyə, Kapital Bank-ın Korporativ Bankçılıq departamentinin direktoru Fərid Hidayətzadə bildirib. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9479
  • ₽ RUB
    0.0259