PR

Expressbank uşaqları bayram münasibəti ilə təbrik etdi!
01 İYUN 2017
423

Expressbank uşaqları bayram münasibəti ilə təbrik etdi!

2017-06-01 16:12:00

Hər bir müştəriyə xüsusi yanaşmanı özünə meyar edən və insanlar qarşısında daşıdığı sosial məsuliyyəti öz biznes prinsiplərinin vacib bir hissəsi kimi qəbul edən Expressbank 1 İyun tarixində müştərilərinin övladlarını sevindirdi. Belə ki, həmin gün Expressbank-ın filiallarına gələn bütün azyaşlı qonaqlar bankın kollektivi adından Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibəti ilə təbrik edildi və onlara şarlar paylanıldı.

Hər zaman öz müştərilərinin istəklərinə həssas yanaşan Expressbank, bank xidmətləri və məhsulları üzrə geniş seçim imkanları təqdim edir. Burada sərfəli şərtlər əsasında milli valyutada istehlak kreditləri, stabil və etibarlı gəlir mənbəyi olan müxtəlif növ əmanətlər, rahat və sürətli təcili pul köçürmələri, ödənişli və ödənişsiz əsasda bank kartları, münasib tariflər ilə hesablaşma - kassa əməliyyatları təklif olunur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9794
  • ₽ RUB
    0.0271