PR

Bank BTB Karyera sərgilərində iştirak edib.
30 MAY 2017
508

Bank BTB Karyera sərgilərində iştirak edib.

2017-05-30 16:08:00

Son dövrlər ölkəmizin ali təhsil müəssisələrində təhsil alan tələbələr təlim mərkəzləri və şirkətlər tərəfindən təşkil olunan və keçirilən “Karyera” yarmarkalarında fəal iştirak edirlər. Onlar öz biliklərini və bacarıqlarını dayanıqlı müəssisələrdə sınamaq arzusundadırlar.

Bütün bunları və gənc mütəxəssislərin təcrübə qazanmaq arzusunu nəzərə alan Bank BTB 23 may “Azərbaycan” Universitetində və 25 may “Xəzər” Universitetində keçirilən “Karyera Günü” kadr sərgilərində iştirak edib. Qeyd edək ki, Bank BTB Azərbaycanın maliyyə bazarında öz fəaliyyətini inamla genişləndirən banklar sırasındadır.

Hal-hazırda bankda 300-dən artıq peşəkar əməkdaş çalışır. Bankda çalışan mütəxəssislər müxtəlif MBA diplomlar, sertifikatlar və müxtəlif elmi sahələrdə PHD dərəcəsinin sahibidirlər. Bankın komandası müxtəlif Forumlarda, Konfranslarda, Treninqlərdə daim öz bilik və bacarıqlarını artırmaqdadırlar.

Vakansiyalar haqqında (012) 946 nömrəli Məlumat Mərkəzindən, www.btb.az saytından və ya bankın Facebook səhifəsindən www.facebook.com/bankbtb ətraflı məlumat almaq mümkündür..

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9322
  • ₽ RUB
    0.0256