PR

Bank BTB “İnternet-Bankçılıq” xidmətini yenilədi
25 MAY 2017
481

Bank BTB “İnternet-Bankçılıq” xidmətini yenilədi

2017-05-25 11:35:00

Bütün dünyada olduğu kimi Azərbaycanda da ənənəvi bankçılıqdan rəqəmsal bankçılığa keçidin aktuallığını və müştərilərə daha çevik xidmət göstərilməsini nəzərə alan Bank “BTB” ASC bankda hesab açan fərdi və korporativ müştəriləri üçün yenilənmiş İnternet Bankçılıq xidmətini təklif edir.

“İnternet Bankçılıq” xidməti müştəriyə (fiziki şəxslər, hüquqi şəxslər, fərdi sahibkarlar) banka gəlmədən kompüter, planşet və ya mobil telefonda internet vasitəsilə www.btb.az portalının ana səhifəsində yerləşdirilmiş “İnternet Bankçılıq” bölməsinə daxil olaraq hesabları, bank kartları, kreditləri, depozitləri və s. barədə məlumat əldə edə biləcəyi, həmçinin bir sıra bank əməliyyatları (valyuta əməliyyatları, köçürmələr, ödənişlər və s.) həyata keçirməyə imkan verən innovativ bank xidmətidir.

“İnternet Bankçılıq” xidmətinə qoşulmaq üçün müştəri bankın müvafiq xidmət nöqtəsinə müraciət etməli, müvafiq sənədləri və müqaviləni imzalamalıdır. Qəbul olunan müraciət əsasında xidmət aktivləşdirilir və müştəriyə xidmətdən istifadə üçün nəzərdə tutulmuş istifadəçi adı və şifrə təqdim olunur. Qeyd edək ki, xidmət müştərilərə bank tərəfindən pulsuz təqdim edilir.

Müştərilərin “İnternet Bankçılıq”  xidməti ilə əməliyyat aparması üçün Bank BTB–nin bu xidməti “Asan İmza” mobil elektron imza xidməti ilə də inteqrasiya edilib. «Asan İmza» mobil elektron imzanın istifadəsi Bank BTB–nin müştərilərinə maliyyə əməliyyatlarını tez, asan və təhlükəsiz şəkildə həyata keçirməyə imkan verir.

Bankın xidmətləri haqqında Məlumat Mərkəzi (012) 946 qısa nömrəsindən, rəsmi sayt www.btb.az və ya bankınwww.facebook.com/bankbtb ünvanında olan Facebook səhifəsindən ətraflı məlumat almaq mümkündür. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9314
  • ₽ RUB
    0.0256