PR

Expressbank sərfəli istirahət təklifi
11 YANVAR
161

Expressbank sərfəli istirahət təklifi

2017-01-11 10:10:00

Expressbank növbəti yeniliyini elan edib. Ölkəmizin ən yüksək standartlara cavab verən məşhur otellərində Expressbank-ın plastik kartları ilə ödəniş edən müştərilər əlavə endirimlərdən faydalanacaqlar. Belə ki, Expressbank-ın MasterCard/Maestro kartları ilə Flame Towers Fairmont Hotel Baku, Chenot Palace Gabala, JW Marriott Absheron Baku, Intourist Hotel Baku, Boulevard Hotel Baku otellərin rəsmi internet saytlarında və ya qeydiyyat masalarında otaq sifarişi zamanı müştərilər təqdim olunmuş promo-kodlardan istifadə edərək 25%-dək xüsusi endirimlərdən yararlana biləcəklər.

Kampaniya 31.12.2016 – 31.03.2017 tarix aralığında keçirilir.

Qeyd edək ki, Expressbank-ın plastik kartlarına sahib olmaq istəyən müştərilər Maestro kartlarını 6 AZN, MasterCard Standart kartlarını isə 8 AZN-ə əldə edə bilərlər. Həmçinin hesaba minimum 400 AZN ilkin mədaxil etməklə MasterCard Gold, 800 AZN ilkin mədaxil ilə isə MasterCard Platinum kartlarını pulsuz sifariş etmək mümkündür. Həmin vəsaiti heç bir komissiya olmadan nağdlaşdıra və ya ExpressClub layihəsi çərçivəsində ölkədaxili POS-terminallarda ödəməklə xərclərinizi gəlirə çevirə bilərsiniz.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.8559
  • € EUR
    1.9957
  • ₽ RUB
    0.0312