PR

“Gündəlik tələbat krediti” hədiyyəlidir
06 YANVAR
197

“Gündəlik tələbat krediti” hədiyyəlidir

2017-01-06 11:04:00

Kapital Bank-ın Yeni il münasibətilə “Gündəlik tələbat krediti” məhsulu üzrə keçirdiyi hədiyyə aksiyası davam edir. Artıq bir neçə müştəri iPad, iPhone 7 və Samsung televizoru kimi qiymətli hədiyyələr qazanıblar. Aksiya 13 yanvar 2017-ci ilədək davam edəcək. 

Şərtlərə görə, kredit rəsmiləşdirən müştərilərə xüsusi kuponlar təqdim edilir və müştəri yerindəcə ona təqdim edilən kuponu silib, qazandığı hədiyyəni müəyyən edə bilər. Kampaniya ərzində 2 ədəd iPhone 7 smartfonu, 5 ədəd iPad planşeti, 10 ədəd Samsung televizoru və kreditin illik faiz dərəcəsinə 5%-dək endirimlər öz sahiblərini tapacaq. Qeyd edək ki, bütün kuponlar hədiyyəlidir. 

“Gündəlik tələbat krediti”nin məbləği 300 – 15 000 manat təşkil edir, müddəti isə 6 aydan 36 ayadək rəsmiləşdirilə bilər. Bu məhsul üzrə kreditlər əmək haqqı və ya təqaüdünü Kapital Bank-dan alan müştərilərə şamil edilir. Kredit rəsmiləşdirilməsi üçün əmək haqqı və ya təqaüd kartı, həmçinin şəxsiyyəti təsdiq edən sənəd tələb olunur. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+28°C
  • $ USD
    1.7022
  • € EUR
    1.8999
  • ₽ RUB
    0.0285