PR

Azər Türk Bankın bayram təbriki – VİDEO
30 DEKABR 2016
152

Azər Türk Bankın bayram təbriki – VİDEO

2016-12-30 10:03:00

Azər Türk Bank ölkəmizin və həmvətənlərimizin mənafeyi uğrunda bir olmaq, həmrəylik nümayiş etdirmək məqsədilə qarşıdan gələn 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni İl bayramı münasibətilə xüsusi videoçarx hazırlamışdır. Sıx birliyi və vətənpərvərliyi ilə seçilən xalqımızı təbrik edən Bankın hazırladığı videoçarxda Azərbaycanın müxtəlif şəhərlərində fəaliyyət göstərən xidmət ofislərinin əməkdaşları iştirak edir.

Həmçinin, ölkəmiz üçün əlamətdar günlərdə bayraq aksiyasının keçirilməsi artıq Azər Türk Bankda xoş bir ənənədir. Bank Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə də həmvətənlərimizə bayram təbrikini ənənəvi tərzdə yetirir. Bankın Baş Ofisinin və bütün filial binalarının fasadları üzərində Azərbaycanın dövlət bayrağı asılmışdır.

Xatırlatmaq istəyirik ki, Dünya Azərbaycanlılarının Həmrəylik Günü 1991-ci ilin 16 dekabrında ümumilli lider Heydər Əliyev tərəfindən elan edilmişdir. Milli-mənəvi dəyərlərə, ənənələrə sədaqət və qayğı ilə yanaşaraq bir daha xalqımızı qarşıdan gələn hər iki əlamətdar gün münasibətilə təbrik edir, daim ruh yüksəkliyi ilə qeyd edəcəyimiz bayramların olmasını arzulayırıq. Hər bir ailədə bayram sevincinin yaşanmasını, yeni ilin yeni uğularla bərabər gəlməsini təmənni edirik.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+11°C
  • $ USD
    1.7022
  • € EUR
    1.8484
  • ₽ RUB
    0.0304