PR

Beynəlxalq Bankın müştəriləri üçün Visa-dan yeni fürsətlər
29 DEKABR 2016
141

Beynəlxalq Bankın müştəriləri üçün Visa-dan yeni fürsətlər

2016-12-29 15:59:00

Azərbaycan Beynəlxalq Bankının Visa ödəniş kartlarının sahiblərini Dubay Şoppinq Festivalında inanılmaz fürsətlər gözləyir. İlk növbədə, festival müddətində JumeirahTH otellərində qalan müştərilər bu kartlarla 25% faiz endirim qazanacaqlar. Təklif 01-28 yanvar tarixləri ərzində Visa kartları ilə ödəniş şərtilə keçərlidir. Bu barədə daha ətraflı: https://www.jumeirah.com/en/offers/visaoffers/visawinter/.

Dubay Şoppinq festivalı müddətində (26.12.2016-28.01.2017) Visa hər zövqə uyğun cəlbedici təkliflərin təmin olunmasından ötrü məşhur brendlərlə də əməkdaşlıq edir. Bura avtomobil, elektronika, zərgərlik məmulatlarından əyləncə və gündəlik məişət ehtiyaclarına qədər bir çox məhsul və xidmətlər daxildir. Visa ödəniş kartları ilə bunlardan da müəyyən güzəştlərlə istifadə etmək olar. Müştərilər festival zamanı Visa kartlarının üstünlüklərindən faydalanmaq üçün https://www.visamiddleeast.com/dsf saytında qeydiyyatdan keçməlidirlər.

Visa ödəniş kartlarının müxtəlif növlərini Azərbaycan Beynəlxalq Bankının bütün filial və şöbələrində əldə etmək mümkündür. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.8311
  • € EUR
    1.9659
  • ₽ RUB
    0.0307