PR

Beynəlxalq Bankdan müştərilərinə "American Express" kartları
28 DEKABR 2016
167

Beynəlxalq Bankdan müştərilərinə "American Express" kartları

2016-12-28 11:26:00

Azərbaycan Beynəlxalq Bankı Yeni il tətilini xaricdə keçirmək istəyən müştərilərinə digər beynəlxalq ödəniş sistemlərinə malik kartlarla yanaşı,  "American Express" kartlarını da təklif edir. Kartların ən böyük üstünlüklərindən biri dünyanın müxtəlif ölkələrindəki ticarət və xidmət məkanlarında sahibinə böyük endirimlər qazandırmasıdır. Müştəri, eyni zamanda, "American Express"in müvafiq üzvlük proqramlarından da istifadə edərək müxtəlif güzəştlər əldə edir.  Bundan başqa, 7/24 rejimində xidmət göstərən unikal “American Express Konsyerj” xidmətindən faydalanmaqla səyahətləri əvvəlcədən planlaşdırmaq, bu şəxsi köməkçinin dəstəyi ilə bir çox səyahət problemlərini (otel, bilet, taksi sifarişi və s.) asanlıqla yoluna qoymaq mümkündür. Bütün bunlar haqqında daha ətraflı məlumatlar https://www.americanexpress.com/ səhifəsində əks olunub.

Qeyd edək ki, Azərbaycan Beynəlxalq Bankı Azərbaycan bazarında "American Express" kartlarını təklif edən yeganə bankdır. Bu kartları Bankın filial və şöbələrində sifariş vermək olar. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+1°C
  • $ USD
    1.7447
  • € EUR
    1.8399
  • ₽ RUB
    0.0304