PR

Expressbank MasterCard ilə əməkdaşlığı genişləndirir
26 DEKABR 2016
127

Expressbank MasterCard ilə əməkdaşlığı genişləndirir

2016-12-26 11:47:00

Beynəlxalq ödəniş sistemləri ilə daha sıx əlaqələrin qurulması və müştəriləri üçün son innovativ imkanların artırılmasının marağında olan Expressbank MasterCard ödəniş sistemi ilə münasibətlərin yeni dövrünə imza atıb.

Belə ki, MasterCard tərəfindən Expressbank-a təqdim olunmuş Prinsipal üzvlük lisenziyası bankların ödəniş sistemində üzvlüyün ən yüksək kateqoriyası kimi dəyərləndirilir və bankın sabit maliyyə göstəriciləri, gəlirliyi və likvidliyinin yüksək nəticələrini, təhlükəsizlik standartlarına uyğun olmasını bir daha nümayiş etdirir. Bu lisenziya həmçinin beynəlxalq kartların emissiya edilməsi hüququnu da özündə əks etdirir və bu istiqamətdə Prinsipal üzvlüyü olmayan banklara həmin xidməti göstərmək imkanını verir. 

Nəzərinizə çatdıraq ki, Expressbank-ın plastik kartları MilliKart prosessinq mərkəzi tərəfindən xidmət olunur və kartların təhlükəsizliyi 3D Secure texnologiyası ilə qorunur. Bu isə internet vasitəsi ilə online ödənişlər zamanı əməliyyatları daha təhlükəsiz həyata keçirtməyə imkanını verir.

Xatırladaq ki, Expressbank-ın plastik kartlarına sahib olmaq istəyən müştərilər Maestro kartlarını 6 AZN, MasterCard Standart kartlarını isə 8 AZN-ə əldə edə bilərlər. Həmçinin hesaba minimum 400 AZN ilkin mədaxil etməklə MasterCard Gold, 800 AZN ilkin mədaxil ilə isə MasterCard Platinum kartlarını pulsuz sifariş etmək mümkündür. Həmin vəsaiti heç bir komissiya olmadan nağdlaşdıra və ya ExpressClub layihəsi çərçivəsində ölkədaxili POS-terminallarda ödəməklə xərclərinizi gəlirə çevirə bilərsiniz.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+1°C
  • $ USD
    1.7447
  • € EUR
    1.8399
  • ₽ RUB
    0.0304