PR

“Kapital Bank” manat kreditini təminatla verir
23 DEKABR 2016
272

“Kapital Bank” manat kreditini təminatla verir

2016-12-23 10:57:00

Artıq Kapital Bank filiallarından istənilən şəxslər təminatlı manat krediti əldə edə bilər. Bunun üçün müştəri kredit təminatı qismində banka USD valyutasında müəyyən məbləğ təqdim etməlidir. Bu zaman müştərinin təminat qismində yerləşdirdiyi məbləğ sığortalanır.

Qeyd edək ki, kreditin minimal məbləği 300 AZN, müddəti isə 1 – 12 ay təşkil edir. Müştərinin təminat qismində təqdim etdiyi vəsaitin maksimum 60%-nədək kredit rəsmiləşdirilə bilər. İllik faiz dərəcəsi isə 25%-dir.

Kredit rəsmiləşdirilməsi üçün şəxsiyyəti təsdiq edən sənəd tələb olunur. Ətraflı məlumat üçün – https://kapitalbank.az/loans/manat?hl=az.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+1°C
  • $ USD
    1.7447
  • € EUR
    1.8399
  • ₽ RUB
    0.0304