PR

Azər Türk Bank “Bomba” Sosial Media Mükafatına sponsorluq edəcək
21 DEKABR 2016
155

Azər Türk Bank “Bomba” Sosial Media Mükafatına sponsorluq edəcək

2016-12-21 17:11:00

Azər Türk Bank “Beat Group” tərəfindən təşkil olunacaq “Bomba” Sosial Media Mükafatı layihəsinin sponsorlarından biri kimi çıxış edəcək. Yenilikçi və innovativ bank olan Azər Türk Bank layihədə iştirak etməklə korporativ şirkət və təşkilatların sosial mediada aktivliyinin stimullaşdırılmasına dəstək vermək niyyətindədir.

Layihənin məqsədi son 1 ildə sosial şəbəkələrdəki korporativ səhifələrində çoxsaylı izləyici diqqətinə səbəb olmuş paylaşımlar etmiş şirkət və təşkilatları müəyyənləşdirərək mükafatlandırmaqdır. İlin ən güclüləri "Bomba" Akademiyası tərəfindən seçiləcək. Qaliblərin mükafatlandırılması mərasimi 11 fevral 2017-ci il tarixində Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında keçiriləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+8°C
  • $ USD
    1.7202
  • € EUR
    1.8529
  • ₽ RUB
    0.0298