PR

Kağız xəbərnamələri axtarmıram – MÜŞTƏRİ RƏYİ
30 DEKABR 2016
541

Kağız xəbərnamələri axtarmıram – MÜŞTƏRİ RƏYİ

2016-12-30 10:32:00

"FABO Express-in çatdırma modeli, mənim işimi çox asanlaşdırıb. Artıq göndərişlərimizi asanlıqla izləyə bilir, çatması haqqında dərhal məlumat ala bilirəm. İşimi ən çox asanlaşdıran isə göndərişlərin bazasına sahib olmağımdır. Cari və ya keçmiş göndəriş haqqında məlumat almaq  üçün kağız xəbərnamələri axtarmağıma ehtiyac qalmır, asanlıqla sistemdən baxa bilirəm". Bu, FABO Express-in müştərilərindən olan İnkişaf Üçün Maliyyə BOKT-nın inzibati şöbə üzrə nümayəndəsi Günel Səlimovanın fikirləridir.   

Qeyd edək ki, FABO Express kuryer şirkəti, respublikada olan kuryer şirkətlərindən, innovativ onlayn sistemi ilə fərqlənir və göndəriş sayı çox olan şirkətlərin, sənəd göndərişlərində yaşadıqları problemləri həll edir.

 Qısa zamanda kifayət qədər müştəri sayına sahib olan kuryer şirkəti , iş modeli ilə özünü doğrultmuş, sənəd dövriyyəsində iş yükünü xeyli azaltmış və müştərilərin məmnuniyyətini qazanmışdır.

FABO Express şirkəti texnoloji üstünlüyü sayəsində  keyfiyyətli xidmətlə yanaşı, öz daxili xərclərini azaldaraq, müştərilərinə  münasib xidmət tarifləri təklif edir. Daha ətraflı məlumat almaq üçün (012) 490-15-10 nömrəsi və ya info@faboexpress.com elektron ünvanı vasitəsi ilə əlaqə saxlaya bilərsiniz. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+25°C
  • $ USD
    1.7012
  • € EUR
    1.9856
  • ₽ RUB
    0.0286