PR

«Expressbank» «Xəzri» təcili pul köçürmə sistemini təklif edir
25 NOYABR
113

«Expressbank» «Xəzri» təcili pul köçürmə sistemini təklif edir

2016-11-25 12:53:00

Expressbank sürətli və sərfəli “Xəzri” təcili pul köçürmə sistemini təklif edir. Bu köçürmə sistemi müştərilərə ölkədaxilində sərfəli tariflər əsasında ən qısa zamanda pul göndərib pul almaq imkanı verir.

Üstəlik, “Xəzri” ilə pul göndərən müştərilər “Xəzri pul gətirəcək” adlı lotereyada iştirak edirlər. 10 fevral 2017-ci il tarixinə qədər keçiriləcək stimullaşdırıcı lotereya “Xəzri” sistemi üzrə ölkədaxili pul köçürməsi əməliyyatı edən bütün müştərilərə şamil olunur. Lotereyanın şərtlərinə əsasən “Xəzri” sistemi vasitəsi ilə 100 AZN və daha yuxarı məbləğdə köçürmə həyata keçirmiş bütün müştərilər hər 100 AZN köçürmə məbləğinə görə 1 uduş şansı qazanırlar.

Kampaniya müddətində hər biri 100 AZN olmaqla 150 nəfər, kampaniyanın sonunda isə 1 nəfər 1000 AZN pul mükafatı qazanacaq. Xatırladaq ki, 1 şəxs yalnız bir dəfə qalib gələ bilər.

Qeyd edək ki, Expressbank-ın filiallarında digər təcili pul köçürmə sistemləri ilə də pul göndərmək mümkündür. Bank həmçinin, Zolotaya Korona, Contact, Lider, IBA Express və Monex təcili pul köçürmələri sistemləri ilə beynəlxalq köçürmələr həyata keçirir. 

Expressbank-ın xidmət şəbəkəsi 16 filialdan ibarətdir. Onlardan 10-u Bakı və Sumqayıt şəhərlərində, 6-sı isə ölkənin Gəncə, Mingəçevir, Bərdə, Qusar, Xaçmaz və Şirvan şəhərlərində yerləşir. Bankın ölkə üzrə 80-dək bankomat, 6000-dək POS terminal və 500-dən artıq ExpressPay ödəniş terminalı vardır.

Daha ətraflı məlumat üçün 132 Məlumat Mərkəzinə zəng edə, www.expressbank.az saytına və ya Bankın rəsmi facebook səhifəsinə www.facebook.com/Expressbank daxil ola bilərsiniz. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7430
  • € EUR
    1.8487
  • ₽ RUB
    0.0275