PR

İşgüzar nüfuzu necə qorumaq olar? – TƏLİM KEÇİRİLƏCƏK
18 NOYABR
101

İşgüzar nüfuzu necə qorumaq olar? – TƏLİM KEÇİRİLƏCƏK

2016-11-18 15:36:00

Dekabrın 17-də Bakıda “World Business Centre”də “Baku School of Public Relations” şirkətinin və “Azerbaijan Public Relations Association”nın (APRA) təşkilatçılığı  ilə dövlət və özəl sektorunda çalışan kommunikasiya və ictimaiyyətlə əlaqələr (PR) mütəxəssisləri  üçün “İşgüzar nüfuz və onun müdafiəsi” və “Media Relations” mövzusunda növbəti təlim keçiriləcək.

APRA-dan fins.az-a verilən məlumata görə, təlim Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, tanınmış hüquqşünas Allahverən Oruclu və “Alibayov Kommunikasiya & Konsaltinq Şirkəti”nin rəhbəri, Avropa İctimaiyyətlə Əlaqələr İnstitutunun (Fransa) Ekspertlər Şurasının üzvü, PR üzrə tanınmış mütəxəssis Vəli Əlibəyov tərəfindən aparılacaq.  

Təlimdə təşkilatların hüquqşünaslarına və kommunikasiya, ictimaiyyətlə əlaqələrinə məsul şəxslərinə cəmiyyətdə müsbət imic formalaşdırmasına, tərəfdaşların etibarını qazanmasına və ya gəlirlərinin artmasına xidmət edən işgüzar nüfuzun yaranması, bu nüfuzun müdafiəsi istiqamətində bilgilər veriləcək. Eyni zamanda onlara bu istiqamətdə yerli və xarici təcrübədən irəli gələn keyslər üzərindən fikir mübadiləsi aparılacaq.

Təlimdə həmçinin sahibkar, kommersiya və ya qeyri-kommersiya, dövlət və ya bələdiyyə təşkilatı ilə ictimaiyyət arasında əlaqələrin qurulması və bu əlaqələrdə medianın rolu mövzularına toxunulacaq.

Qeyd edək ki, yerlər məhdud olduğu üçün iştirak etmək istəyən iş adamları, hüquqşünaslar, ictimaiyyətlə əlqələr (PR) üzrə mütəxəssislər və media nümayəndələri 16 dekabr 2016-cı il tarixinə qədər info@bakuschoolpr.az emailinə təsdiq məktubu göndərərək qeydiyyatdan keçməlidilər.

Təlim ödənişlidir və sonda iştirakçılara sertifikatlar təqdim ediləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7430
  • € EUR
    1.8487
  • ₽ RUB
    0.0275