PR

Banka getmədən karta necə pul vurmaq olar? – BANKDAN TƏKLİF
18 NOYABR
146

Banka getmədən karta necə pul vurmaq olar? – BANKDAN TƏKLİF

2016-11-18 10:49:00

Müştərilərinin rahatlığını düşünən Expressbank sürətli və rahat ödəmə vasitəsi – ExpressPay terminallarının ödəniş imkanları və xidmət şəbəkəsini daim genişləndirir.  

Hazırda ExpressPay terminalları vasitəsilə ipoteka, yol polisi, vergi, gömrük və s. kimi 120-dək dövlət xidməti, həmçinin digər bank və bank olmayan kredit təşkilatları, sığorta şirkətləri, mobil operatorlar, kommunal, rabitə (Aztelekom – BTRİB), kabel TV, internet, onlayn oyunlar, sosial şəbəkələr və digər xidmətlər üzrə müxtəlif ödənişlər həyata keçirmək mümkündür. 

ExpressPay ödəniş terminalları ilə bağlı daha bir yeniliyi nəzərinizə çatdırırıq. Artıq ExpressPay terminalları vasitəsi ilə “MilliKart” prosessinq mərkəzinin tərəfdaş banklarının plastik kartlarına pul mədaxil etmək mümkün olacaq. “Cash to card” adlanan bu xidmət vasitəsi ilə müştərilər günün istənilən saatında PAŞA Bank, Accessbank, Unibank, ASB, Bank of Baku, Bank Melli İran Bakı filialı, Naxçıvanbank və AzərPoçt-un debet kartlarına vəsaitlərini yerləşdirə biləcəklər. “Cash to card” tam onlayn şəklində çalışır və bir neçə dəqiqə ərzində vəsait kartda əksini tapır.

2014-cü ildən bu günədək ölkəmizin müxtəlif iaşə/ticarət mərkəzlərində, biznes plazalarda, iri market və mağazalarda, yanacaq doldurma məntəqələrində 500-dən artıq ExpressPay terminalları quraşdırılmışdır. Bu terminallar vasitəsilə edilən ödənişlər və hesaba mədaxillər dərhal həyata keçir və ödəniş əsasında qəbz təqdim olunur.

Müştərilərlə şəffaf və operativ münasibətlər üçün ExpressPay ödəniş terminalları üzrə “Qaynar xətt” xidməti yaradılıb. Belə ki, müştərilər 24 saat ərzində istənilən təklif, şikayət və ya texniki nasazlıq barədə (055) 5000 132 nömrəsinə zəng vura və ya WhatsApp vasitəsilə ismarıc yaza bilərlər.

Expressbank-ın xidmətləri və ExpressPay barədə daha ətraflı məlumat üçün 132 Məlumat Mərkəzinə zəng edə, www.expressbank.az saytına və ya Bankın rəsmi Facebook səhifəsinə www.facebook.com/Expressbank daxil ola bilərsiniz.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7430
  • € EUR
    1.8487
  • ₽ RUB
    0.0275