PR

“AGBank” ASC-dan hədiyyə qazanan növbəti qalib
10 NOYABR
122

“AGBank” ASC-dan hədiyyə qazanan növbəti qalib

2016-11-10 13:32:00

Noyabrın 3-də “Məhz AGBank-ın pos-terminallarından istifadə edin” lotereyanın şanslı qalibi müəyyən olunub. Bankdan fins.az-a verilən məlumata əsasən, lotereyanın şərtlərinə görə, “AGBank” ASC - yə məxsus olan POS - terminalları şəbəkəmizdə istifadə edən obyekt lotereyada iştirak etmək hüquqi qazanır. Noyabr ayının qalibi Diplomat şirkəti olub.

Qeyd edək ki, uduş fondunun ümumi məbləği: “AGBank” - ın POS terminalını istifadə edən obyekt tərəfindən, banka ödənilən komissiyanın ümumi məbləğindən ödəniləcək komissiyaya 50 % endirim əldə edəcək.

Nəzərinizə çatdıraq ki, lotereya 1 Sentyabr 2016-cı il tarixindən etibarən 31 dekabr 2016-cı il tarixinə qədər keçirilir. Noyabrda aparılan əməliyyatlar üzrə lotereya 2 dekabr tarixində, dekabrın 2-dən yanvarın 11-dək aparılan əməliyyatlar üzrə lotereya isə gələn il yanvarın 12-də oynanılacaq.

Nəzərə alsaq ki, lotereya müddəti ilin sonuna qədər davam edəcək, istənilən ticarət obyekti “AGBank”-ın POS terminallarının istifadəsi şəbəkəsinə qoşularaq şanslı lotereyanın iştirakçısı və qalibi olmaq imkanı qazana bilər. Əlavə məlumat üçün “AGBank” ASC-ın “135” Məlumat Mərkəzi müştərilərin ixtiyarındadır. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7430
  • € EUR
    1.8487
  • ₽ RUB
    0.0275