PR

Beynəlxalq Bankın xidmətləri ASAN ödəniş terminallarında olacaq
08 NOYABR
124

Beynəlxalq Bankın xidmətləri ASAN ödəniş terminallarında olacaq

2016-11-08 13:59:00

“Azərbaycan Beynəlxalq Bankı” ASC ilə ASAN Xidmətin tabeliyində fəaliyyət göstərən “İnnovasiyalar Mərkəzi” MMC arasında əməkdaşlıq haqqında müqavilə imzalanıb. Müqavilə ölkə ərazisində ASAN ödəniş terminallarından istifadə üzrə əməkdaşlığı nəzərdə tutur. Belə ki, İnnovasiyalar Mərkəzi respublika ərazisində ASAN ödəniş terminallarının və bu terminallar vasitəsilə təklif olunan xidmətlərin sayını artırmaq niyyətindədir.

Terminalların inkassasiya xidmətini və terminallar vasitəsilə həyata keçirilən ödənişlərin bank-xəzinə əməliyyatlarını İnnovasiyalar Mərkəzi üçün bu sahədə geniş təcrübəyə malik olan Azərbaycan Beynəlxalq Bankı təmin edəcək. Eyni zamanda, müştərilər ASAN ödəniş terminalları vasitəsilə Bankın xidmətlərindən də faydalana biləcəklər. Bütün ASAN Xidmət mərkəzlərində mövcud olan bu terminallardan artıq Bankın filial və şöbələrində də quraşdırılır. Bu birgə layihə əhalinin bank məhsul və xidmətlərindən istifadə imkanlarını daha da genişləndirərək asanlaşdıracaq. 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8516
  • ₽ RUB
    0.0272