PR

“Tazedo”nun növbəti fabriki Bakıda açılacaq
07 NOYABR
167

“Tazedo”nun növbəti fabriki Bakıda açılacaq

2016-11-07 09:40:00

Azərbaycanlı iş adamları tərəfindən Moskavada və Ukraynada açılan və hazırda regionun lider markalarından birinə çevriləcək "Tazedo”nun İstanbulda rəsmi açılışı olub. Beləliklə, azərbaycanlı iş adamına məxsus şirkət böyük yarımfabrikat istehsalçısı olan bu brend Türkiyə mətbəxinə qədəm qoymuş oldu. Türkiyənin görkəmli iş adamları – qida sektorunda “Kofteci Yusuf” kimi tanınan Yusuf Akkaş, Rusiyanın ən böyük ət tədarükçülərindən olan “Çalkan Ət”in sahibi Mustafa Çalkan, İstanbullu iş adamlarından Mehmet Akın, Ankaradan Kamil Bostan, İstanbulun ən böyük alış-veriş mərkəzlərindən “Atlas Park”ın İdarə Heyətinin üzvləri, maliyyə və bankçılıq sisteminin tanınmış şəxsləri, “Küveyt Türk” bankınının İdarə Heyətinin üzvləri açılışa qatıldılar. Üstəlik, Türkiyənin ən böyük mətbu orqanlarından olan “Posta” və yerli regional media nümayəndələrindən Sultanbəyli Kent Meydanı qəzetləri də tədbirə böyük diqqət yetiriblər. “Tazedo” fabrikinin müdiri Doğan Tomris qonaqları məkanla tanış etdi. Hər kəsə məhsulların yüksək keyfiyyətli, halal ət məhsullarından hazırlanması, bütün müasir standartlara uyğun gəlməsi barədə məlumat verildi. Gələnlərin hər biri gördüklərindən razı qaldıqlarını dilə gətirdi, xoş təəssüratlarını bölüşdülər, uğurlar arzuladılar.

İdarə heyətinin sədri və əsas qurucu ortaqlardan biri olan İlham Abbasov da çıxış etdi. O Türkiyədə yaşayan azərbaycanlı iş adamı kimi, “Tazedo” yatırımının azərbaycanlı iş adamlarının Türkiyəyə, onun iqtisadiyyatına etibarının göstəricisi olduğunu bildirdi. İ.Abbasovun sözlərinə görə, hazırda fabrikin istehsal gücü günlük 10 tondur. Yaxın gələcəkdə bazarın tələblərinə uyğun olaraq istehsalın artırılması planlaşdırılıb. Rusiya, Ukraynadan sonra Türkiyəyə fabrik açmalarının təsadüfi olmadığını vurğulayan iş adamı qonaqlara təşəkkür edib, növbəti addım kimi Azərbaycanda yatırım etmək istədiklərini bəyan etdi. 

Yalnız halal məhsullardan yararlanaraq hazırlanan yeməklərdə boyaq maddələri, süni aromatizatorlar və qoruyucular yoxdur və yalnız təbii məhsullardan istifadə edilir. Xam mallar yalnız yüksək müsbət nüfuza malik, işinə böyük peşəkarlıqla yanaşan istehsalçılardan alınır. Qidaların hazırlanma və dondurulması baxımından ən müasir texnologiyalardan istifadə olunması onları istehsala ən qısa müddətdə çatdırmaq imkanı verir. Şirkətin istehsalat bazasında Almaniya, İtaliya, Fransa və Danimarka kimi inkişaf etmiş ölkələrin avadanlıqları yer alır. Orijinal texnologiyalar istər avtomatik, istərsə də fərdi bişirmə variantından istifadə etmək, çeşid bolluğu yaratmaq şansı yaradır. 30-dan çox yarımfabrikat məhsulları – mantı, küftə, dolma və Türk mətbəxinin yerli yeməklərini özündə ehtiva edən məhsulları dadmaq üçün gediləcək birinci ünvan məhz “Tazedo”dur! Bizim məhsullarımız böyük bir dad və ləzzət dünyasıdır. Reseptlərimiz yerli mətbəxlərin ən gözəl ənənələri əsasında tərtib olunmuş, təbiilik və özünəməxsusluğu saxlanılmış, yüksək peşəkarlıq və böyük təcrübə ilə sintez olunaraq müştərilərin ixtiyarına verilmişdir.

AAAF Park sakinlərinin yeni iş yerləri ilə təmin edilməsi məqsədilə bir sıra xarici şirkətlərin cəlb edilməsi barəsində danışıqlar başlanılıb.  Tazedo dondurulmuş qida məhsullarının istehsalı yaxın gələcəkdə AAAF Parkda da planlaşdırılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8516
  • ₽ RUB
    0.0272