PR

Bu şirkət tələbələrə təqaüd verir – AYDA 200 MANAT
02 NOYABR
456

Bu şirkət tələbələrə təqaüd verir – AYDA 200 MANAT

2016-11-02 10:58:00

«Azercell Telekom»un əməkdaşları şirkətin Tələbə Təqaüd proqramı çərçivəsində universitet tələbələrlə görüşlər keçiriblər. Şirkətdən fins.az-a verilən məlumata görə, Oktyabr ayında Naxçıvan Dövlət Universiteti, Azərbaycan Dövlət Aqrar Universiteti, Gəncə Dövlət Universiteti, Azərbaycan Texnologiya Universiteti, Mingəçevir Politexnik İnstitutu, Bakı Ali Neft Məktəbi, Azərbaycan Texniki Universiteti, Moskva Dövlət Universitetinin Bakı filialında tələbələrlə görüşlər keçirilərək onları Tələbə Təqaüd proqramı haqqında məlumatlandırıblar. Tələbələrə bildirilib ki, sentyabrın 30-dan etibarən 2016-2017 tədris ili üçün start verilən növbəti Təqaüd Proqramına öz sahəsində peşəkar olmaq, gələcək karyerası üçün təməl yaratmaq istəyən gənclər müraciət edə bilərlər. Təqaüdün məbləğı ayda 200 manatdır.

Tələbə Proqramının əsas məqsədi yüksək akademik nəticələrə nail olanaliməktəb tələbələrinə xüsusi diqqət və dəstək göstərmək, güclü potensiala malik tələbələrə təhsil aldıqları ixtisas üzrə mütəxəssis kimi yetişməkdə kömək etməkdir.

Proqrama qəbul edilən istedadlı tələbələr cari təhsil müddətinin sonuna qədər Azercell şirkəti tərəfindən müəyyənləşdirilmiş təqaüd alırlar. Bununla yanaşı, bu tələbələrin karyera baxımından inkişafı üçün şərait yaradılır. Belə ki, onlar telekommunikasiya sahəsi haqqında biliklərini artırmaq, şirkətin korporativ tədbirlətində və sosial fəaliyyətində iştirak etmək, müxtəlif təlimlərə qatılmaq və şirkətdə təcrübə keçmək imkanını əldə edirlər.

Qeyd edək ki, “Azercell”in Tələbə Təqaüd Proqramı 2008-ci ildən başlanıb. İndiyədək Azərbaycanın müxtəlif universitetlərində təhsil alan 120-dən çox tələbə şirkətin təqaüdçüsü olub. Onlar “Azercell”dən təqaüd almaqla yanaşı, həm də şirkətin mütəxəssislərinin yardımı ilə gələcək karyeraları üçün təcrübə qazanıblar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7369
  • € EUR
    1.8625
  • ₽ RUB
    0.0272