PR

Bank kart sahiblərinə yeni – QAZANC İMKANI VERDİ
01 NOYABR
353

Bank kart sahiblərinə yeni – QAZANC İMKANI VERDİ

2016-11-01 11:12:00

Gənclik mall-da fəaliyyət göstərən Bravo supermarketdə Expressbank-ın plastik kartları ilə ödəniş etməklə hədiyyəq azanmaq olar. Bankdan fins.az-a verilən xəbərə görə, 1 noyabr – 30 noyabr tarixlərində Expressbank-ın istənilən Mastercard® və ya Maestro® kartları ilə minimum 40 AZN həcmində ödəniş edən bütün müştərilər ödəniş qəbzini Bravo supermarketin Müştəri Xidmətləri masasına təqdim etməklə müxtəlif hədiyyələrə sahib olacaqlar.

Amma bu son deyil! Expressbank-ın plastik kart sahibləri ExpressClub layihəsi çərçivəsində ölkədaxili POS-terminallar vasitəsi ilə xərclədikləri vəsaitin bir hissəsini kartlarına geri aldıqlarından, Bravo supermarketində alış-veriş onlar üçün daha sərfəli olacaq.

Qeyd edək ki, Expressbank-ın plastik kartlarına sahib olmaq istəyən müştərilər Maestro kartlarını 6 AZN, MasterCard Standart kartlarını isə 8 AZN-ə əldə edə bilərlər. Həmçinin hesaba minimum 400 AZN ilkin mədaxil etməklə MasterCard Gold, 800 AZN ilkin mədaxil ilə isə MasterCard Platinum kartlarını pulsuz sifariş etmək mümkündür. Həmin vəsaiti heç bir komissiya olmadan nağdlaşdıra və ya ExpressClub layihəsi çərçivəsində ölkədaxili POS-terminallarda ödəməklə xərclərinizi gəlirə çevirə bilərsiniz.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7430
  • € EUR
    1.8487
  • ₽ RUB
    0.0275