PR

Bank şəkil çəkdirməyi sevənlərə hədiyyə qazandırdı
31 OKTYABR
109

Bank şəkil çəkdirməyi sevənlərə hədiyyə qazandırdı

2016-10-31 11:19:00

Azər Türk Bank cari ilin 18 avqust tarixindən etibarən start verdiyi “Çək, Qazan!” kampaniyasına yekun vurdu.

Kampaniyanın adının bu şəkildə seçilməsi təsadüfi deyil. Belə ki, insanların sosial şəbəkələrə olan maraqları və şəkil çəkdirmə həvəslərini Bank hədiyyələri ilə dəstəkləmişdir. 10 həftə ərzində davam edən kampaniyanın hər həftə təyin olunan qaliblərinə qazandıqları dəyərli hədiyyələr təqdim edilmişdir. İştirakçılar qalib olmaq üçün Gənclik Mall və Port Baku Mall-da quraşdırılmış Banka məxsus kart maketləri önündə şəkil çəkdirərək göndərməli, həmçinin, öz Facebook/İnstagram profillərində paylaşmalı idilər. Daha çox səs toplayan iştirakçı qalib elan olunurdu.

“Çək, Qazan!”  kampaniyası bu həftə ərzində iştirakçılar arasından həftənin cümə günü baş tutacaq səsvermədə son qalibin təyin olunması ilə başa çatmışdır.

Bu, Bank tərəfindən həyata keçirilən sonuncu kampaniya deyil. Tezliklə, bu kampaniya yeni formatda təqdim ediləcəkdir. Kampaniya barədə ətraflı məlumatı www.cekqazan.azerturkbank.azsaytından əldə edə bilərsiniz.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8651
  • ₽ RUB
    0.0271