PR

Azercell iPhone 7-ni hədsiz internetlə birlikdə təklif edir
28 OKTYABR
372

Azercell iPhone 7-ni hədsiz internetlə birlikdə təklif edir

2016-10-28 17:21:00

iPhone 7 və iPhone 7 Plus cihazlarıını Azərbaycanda rəsmi təqdim edən mobil operator Azercell Telekom MMC müştərilərinə yeni sərfəli təklifini elan edir. Belə ki, güzəştli şərtlərlə iPhone 7 telefonuna sahib olmaq üçün abunəçilər ayda cəmi 89 AZN ödəməklə ən müasir smartfon cihazı və 30GB həcmində Hədsiz İnternet paketini əldə edəcəklər. 28 oktyabr – 4 noyabr tarixləri ərzində sifarişlərini öncədən həyata keçirən abunəçilər isə ilk ay üçün ödəniləcək məbləğə 50% endirim qazanacaqlar.

Öncədən sifariş kampaniyasına qoşulmaq üçün abunəçilər 28 oktyabr – 4 noyabr tarixləri ərzində Azercell-in rəsmi veb səhifəsindən (www.azercell.com) sifarişi qeyd etməli, 4-6 noyabr tarixlərində isə Azercell-in Z.Tağıyev 18, B.Bağırova 2, 28 May 33A ünvanlarında yerləşən Müştəri Xidmətləri Mərkəzlərinə yaxınlaşmalıdırlar. Onu da bildirək ki, telefonların sayı məhduddur. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8297
  • ₽ RUB
    0.0270