PR

Mobil Bank istifadəçiləri üçün 20% endirim var
28 OKTYABR
186

Mobil Bank istifadəçiləri üçün 20% endirim var

2016-10-28 10:50:00

Banka gəlmədən Unibank Mobile-la bank əməliyyatı edirsiniz və  üstəlik hər əməliyyatda 20% endirim qazanırsınız. Bu imkandan indi Unibank Mobile-la əməliyyat edən hər kəs istifadə edə biləcək. Unibank-ın başladığı kampaniya çərçivəsində Unibank Mobile-la aparılan “hesabdan-karta” ,”kartdan –hesaba” və “kartdan –karta” əməliyyatlarına komissiya haqlarında 20%  endirim edilir.   

Ölkə banklarının mobil əlavələrinin istifadəçi sayının müqayisəsi göstərir ki, ən çox yüklənən mobil əlavə Unibank Mobile-dır. Unibank Mobile istifadəçilərinin sayı artıq on minlərlədir. Unibank Mobile “Deloitte & Touche LLC” şirkəti tərəfindən də 2016-cı il üçün  MDB məkanında ən yaxşı mobil əlavələrdən biri hesab olunub.

Unibank Mobile hansı imkanları yaradır?

- Bütün hesablarınıza onlayn şəkildə nəzarət etmək;

- Telefonunuzun kitabçasında qeydiyyatda olan dostlarınıza siyahıdan rahat şəkildə köçürmə etmək;

- Unibank-dakı bir kart və ya hesabınızdan digər kart və ya hesabınıza pul köçürməsi, kartın bloklanması və blokdan açılması - bunlar hamısı bir kliklə mümkündür; 

- Olduğunuz yerdən kommunal, internet , kabel tv , kredit - istədiyiniz ödənişi həyata keçirin; 

- Aylıq ödənişlərinizi sistemə avtomatik ödənişlər siyahisina daxil edin və bu ödənişlər təyin etdiyiniz vaxtda avtomatik keçirilsin;

- Unibank Mobile əlavəsi sizə həmçinin depozit  və cari hesab açmağa imkan yaradır. Bundan əlavə mövcud əmanətlərinizlə bağlı bütün məlumatları banka gəlmədən əldə edə bilərsiniz.  

Siz Unibank Mobile-ın köməyi ilə bankın istənilən filialı, ödəmə terminalı və bankomatlarını tapa, gündəlik valyuta kurslarından, bank yenilikləri və kampaniyalardan ən tez xəbər tuta bilərsiniz. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8516
  • ₽ RUB
    0.0272