PR

AccessBank dollar və avroda kart buraxdı
27 OKTYABR
327

AccessBank dollar və avroda kart buraxdı

2016-10-27 14:22:00

AccessBank-ın təklif etdiyi, bir çox kart funksiyalarını özündə cəmləşdirən myCard-ı artıq ABŞ dolları və Avro valyutalarında da əldə edə bilərsiniz.

Mycard-ı daha cəlbedici edən xüsusi üstünlük odur ki, hər bir müştəri kart hesablarında olan müsbət qalığa illik 5%-ə qədər gəlir əldə edəcək.

Həmçinin, myCard-ı istifadə edən bütün müştərilər AccessBank-ın bankomatlarında və POS-terminallarında 0% komissiya ilə pul nağdlaşdıra bilərlər. Bundan əlavə, myCard-la edilən ödənişlərə AccessQazanc proqramı çərçivəsində cash-back xidməti tətbiq olunur. Bu xidmət sayəsində AccessBank-ın kartı ilə edilən ödənişlərin bir hissəsi müştəriyə geri qayıdır.

Bankın bütün yeni və cari müştəriləri myСard-ı məhdudiyyətsiz olaraq, Bankın filiallarından əldə edə bilərlər. 

Daha ətraflı məlumatı AccessBank-ın rəsmi internet saytından, və ya 151 Ümumi Zəng Mərkəzindən əldə etmək mümkündür.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8297
  • ₽ RUB
    0.0270