PR

Bu kart cəmi 3 AZN-ə satılır – ÜSTÜNLÜKLƏR
25 OKTYABR
357

Bu kart cəmi 3 AZN-ə satılır – ÜSTÜNLÜKLƏR

2016-10-25 12:49:00

“Bakcell” şirkəti və “Unibank” birgə təqdim etdikləri ALBUKART adsız debet kartının əlavə üstünlüklərini açıqlayıb. Fins.az-ın məlumatına görə, indi cəmi 3 AZN ödəməklə 18 yaşına çatmış istənilən şəxs kampaniya çərçivəsində ALBUKART  əldə edərək aşağıdakı üstünlükləri qazanacaq:

- SMS bankinq xidmətinə pulsuz qoşulma

- Nağdlaşdırma komissiyası cəmi 1%

- Kart əldə edərkən ona bağlı nömrəyə “Bakcell”dən 50 dəq. şəbəkədaxili danışıq hədiyyə 

- “ALBUKART”la Bakcell nömrəsinin balansına yüklənən  hər 5 AZN üçün karta bağlı  nömrəyə Bakcell tərəfindən 30 dəq.  şəbəkədaxili danışıq hədiyyə

- Kartı Unibank-da ada rəsmiləşdirməklə həm karta yerləşdirilən vəsaitə illik 6%-dək depozit faizi, həm də kartın istifadə imkanlarından daha çox faydalanmaq fürsəti

- Alış-veriş zamanı 20%-dək cashback (ödənişin müəyyən bəbləğinin geri qaytarılması)

ALBUKART adsız debet kartı bazarda ilk unikal kartdır ki, bankda hesab açmadan anonim şəkildə maliyyə xidmətlərindən istifadə etmək üçün fərqli imkanlar yaradır. Kart  sahibini dünyanın istənilən ölkəsində plastik ödəmə kartlarını qəbul edən bütün satış nöqtələrində alış-veriş zamanı nağd ödəmə yükündən azad edir və bir sıra üstünlüklər verir. Karta vəsaiti istənilən vaxt Unibank-ın cash-in ATM-ləri və eManat ödəmə terminalları vasitəsilə yükləmək olar.

“ALBUKART”ı Unibankın Bakı filialları və “Bakcell”in xidmət mərkəzlərinə müraciət edərək cəmi 3 AZN-ə əldə etmək olar. Bakcell şirkətinin təklif etdiyi bonuslardan faydalanmaq üçün ALBUKART yalnız Bakcell nömrəsinə qoşulmalıdır.

ALBUKART barədə daha ətraflı məlumat üçün keçid: http://www.bakcell.com/az/albukart

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7430
  • € EUR
    1.8487
  • ₽ RUB
    0.0275