PR

ABB “Office 365”in tətbiqinə başladı
24 OKTYABR
150

ABB “Office 365”in tətbiqinə başladı

2016-10-24 15:18:00

Azərbaycan Beynəlxalq Bankı biznes proseslərini optimallaşdırmaq məqsədilə sənəd dövriyyəsi işini də yeni dövrün tələblərinə uyğunlaşdırır. Bu məqsədlə ABB-də “Office 365” proqramının tətbiqinə başlanıb. Layihə proqram təminatı bazarının liderlərindən olan “Softline” şirkəti ilə əməkdaşlıq çərçivəsində yerinə yetirilib. Proqramın tətbiqi Bank əməkdaşları arasında daha operativ kommunikasiyaya, tapşırıqların icrasına sərf olunan vaxtın və sənəd dövriyyəsi üçün tələb olunan izafi xərclərin azalmasına şərait yaradır. Lazımi elektron sənədlərə stasionar və mobil qurğular vasitəsilə çıxış imkanı verir. Beləliklə, bu yeni həll Bank əməkdaşlarının daha rahat və operativ şəraitdə çalışmasını təmin etməklə, biznes proseslərinin səmərəliliyini artırır.

Korporativ məlumatların mühafizəsi  üçün layihədə ən yüksək təhlükəsizlik standartları tətbiq edilib. Layihə üzrə iş tamamlandıqdan sonra Bankın informasiya texnologiyaları sahəsində çalışan mütəxəssisləri üçün “Softline” tərəfindən təlimlər təşkil olunub. Xatırladaq ki, “Softline” şirkəti Azərbaycan Beynəlxalq Bankının “Microsoft Enterprise Agreement” proqramı üzrə də partnyoru olub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8516
  • ₽ RUB
    0.0272