PR

«AGBank»dan hədiyyə qazanan qalib məlum oldu
19 OKTYABR
138

«AGBank»dan hədiyyə qazanan qalib məlum oldu

2016-10-19 11:37:00

«AGBank» oktyabrın 3-də keçirdiyi lotereyanın qalibini elan edib. Bankdan fins.az-a evrilən məlumata görə, lotereyanın şərtlərinə əsasən, «AGBank»a məxsus olan POS-terminalları şəbəkəmizdə istifadə edən obyekt lotereyada iştirak etmək hüquqi qazanır. Sentyabr ayının qalibi  keyfiyyətli optika xidmətlərini göstərən «Majesty Optik» mağazası olub. Qeyd edək ki, uduş fondunun ümumi məbləği: «AGBank»ın POS terminalını istifadə edən obyekt tərəfindən, banka ödənilən komissiyanın ümumi məbləğindən ödəniləcək komissiyaya 50 % endirim əldə edəcək. 

Nəzərinizə çatdıraq ki, lotereya sentyabrın 1-dən dekabrın 31-dək keçirilir. İkinci lotereyanın nəticələri noyabrın 3-də, 3-cü lotereyanın nəticələri dekabrın 2-də, dördüncü lotereyanın nəticələri isə yanvarın 12-də  elan ediləcək.

Lotereyanın ilin sonunadək davam edəcəyni nəzərə alsaq, istənilən ticarət obyekti «AGBank»ın POS terminallarının istifadəsi şəbəkəsinə qoşularaq şanslı lotereyanın iştirakçısı və qalibi  olmaq imkanı qazana bilər.

Əlavə məlumatı «AGBank»ın «135» Məlumat Mərkəzindən almaq olar. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8651
  • ₽ RUB
    0.0271