PR

Bakcell istifadəçilərinə Rusiyada universal elektron pul kisəsi imkanı
17 OKTYABR
110

Bakcell istifadəçilərinə Rusiyada universal elektron pul kisəsi imkanı

2016-10-17 16:55:00

Bakcell şirkəti yeni beynəlxalq balansartırma xidmətinin istifadəyə verildiyini elan edir. Bu xidmət Rusiya Federasiyasının ərazisindən Bakcell nömrəsinin balansını asanlıqla artırmaq imkanı verir.

Ödənişləri həyata keçirmək üçün Rusiyanın istənilən mobil operatorunun elektron pul kisəsi xidmətini istifadə edən abunəçilər sadəcə http://payfon24.ru/shop/401032 keçidinə daxil olub, açılan səhifədə göstərilən sadə təlimatları yerinə yetirməlidirlər. Bakcell nömrəsinin balansına yüklənən vəsait Rusiya Federasiyasının Mərkəzi Bankının valyuta mübadiləsi məzənnəsinə uyğun olaraq rublun AZN-ə konvertasiyası yolu ilə həyata keçiriləcək.

Qeyd etmək lazımdır ki, Bakcell Azərbaycanda bu cür xidmətləri göstərən ilk şirkətdir. Bu layihənin başlıca məqsədi Bakcell xidmətlərini Azərbaycan vətəndaşlarının tez-tez səfər etdiyi ölkələrdə, xüsusilə azərbaycanlı icmaların (diasporların) yaşadığı ölkələrdə daha əlçatan etməkdən ibarətdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7369
  • € EUR
    1.8716
  • ₽ RUB
    0.0274