PR

Beynəlxalq zənglər 16 qəpiyə endi – YENİLİK
12 OKTYABR
549

Beynəlxalq zənglər 16 qəpiyə endi – YENİLİK

2016-10-12 11:17:00

«Bakcell» öz abunəçiləri üçün dəqiqəsi 2 dəfə ucuz qiymətə istənilən istiqamətdə beynəlxalq zənglər etməyə imkan verən yeni kampaniyaya start verib.

Yeni kampaniyanın şərtlərinə görə, indi Bakcell abunəçiləri başqa ölkələrə etdikləri beynəlxalq zənglərin hər dəqiqəsinə görə cəmi 0.16 AZN ödəyəcəklər.

Hərçənd bu, həftəsonu, bayram, qeyri-iş günləri və qeyri-pik saatlarında (00:00-dan – 08:00-dək) baş verəcək. Digər vaxtlarda isə beynəlxalq zənglərin qiyməti isə əvvəlki kimi, 1 dəqiqəsi 0.32 AZN olacaq.

«Bakcell» bildirir ki, yeni tarif planını təqdim etməklə, bazarda olduqca sərfəli və müsbət beynəlxalq rabitə təcrübəsini təklif edib.

«İnanırıq ki, qiymətin endirilməsi insanların təyinat ölkəsindən asılı olmayaraq daha tez-tez beynəlxalq zənglər etməsi və istədikləri qədər danışması üçün daha bir əsas yaradacaq»,-deyə şirkətin baş marketinq və satış direktoru Fedja Hadziç bildirib.

Qeyd edək ki, Bakcell şirkəti müasir mobil kommunikasiya xidmətləri istifadəçilərinə geniş çeşiddə məhsullar təklif edir. Bakcell, Sür@ ticarət nişanı adı altında öz abunəçilərinə ən mükəmməl 3G və 4G mobil internet xidməti göstərir.

5300-dən artıq baza stansiyası sayəsində Bakcell şəbəkəsi əhalinin 99%-ni, ölkə ərazisinin isə 93% -ni (işğal olunmuş ərazilər istisna olmaqla) əhatə edir. İnnovasiyalar sahəsində lider olan Bakcell şirkəti öz Sür@ xidməti və yeni əməkdaşlıqlar vasitəsilə Azərbaycan xalqını ən yüksək səviyyəli mobil internet xidmətləri ilə təmin edir. “Bakcell”in 3G xidməti Azərbaycanın bütün regionlarında mövcud olmaqla əhalinin 93%-ni əhatə edir. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8516
  • ₽ RUB
    0.0272