PR

Chenot Palace Health Wellness Hotel – “SPECIAL SOFT OPENING PROGRAM”
11 OKTYABR
474

Chenot Palace Health Wellness Hotel – “SPECIAL SOFT OPENING PROGRAM”

2016-10-11 13:53:00

Sağlamlıq və Gümrahlıq mütəxəssisi olan Anri Şeno Azərbaycanda müasir sağlamlıq və gümrahlıq məkanını təqdim edir. Mükəmməl detoks və gümrahlaşdırıcı Şeno metoduna əsaslanan yeni Chenot Palace Health Wellness Hotel, heyranedici Qəbələdə möhtəşəm şam ağaclarının sükut və əmin-amanlığı ilə əhatə olunmuş Nohur gölünün sahilində yerləşir.

Əgər bizim fəlsəfəmiz mənzərə dilinə tərcümə oluna bilsəydi, o, Qəbələ regionunun meşələrinin əmin-amanlığı, göllərinin sükutu, şəlalələrinin enerjisi və təpələrinin zərifliyi olardı. Nəfəskəsici gözəllik ilə birgə həm də sakitlik və enerjinin unikal kombinasiyasını təklif edən ideal bir məkan.

Chenot Palace Health Wellness Hotel xüsusi “SOFT OPENING PROGRAM” təklifini təqdim edir:

Təklifə daxildir:

- Otaq kateqoriyasının daha üst kateqoriyaya ödənişsiz dəyişdirilməsi (rezervasiya zamanı otaqların mövcudluğu əsasında qüvvəyə minir)

- Gec çıxışüstünlüyü (rezervasiya zamanı otaqların mövcudluğu əsasında qüvvəyə minir)

- Proqramlara 20% güzəşt

- Chenot məhsullarına 10% güzəşt

- Tibb Şöbəsinin əlavə xidmətlərinə 5 % güzəşt ( estetik tibb xaric olmaqla)

- Otaqların eksklüziv qiymətləri 241 AURO-dan başlayaraq (bir otaqda bir nəfər və ya iki nəfər gecələməyi)

Eləcə də təklifə daxildir:

- 7 gecə qal, 6 gecənin otaq qiymətini ödə

- 5 gecə qal, 4 gecənin otaq qiymətini ödə

- Bu qiymətlərə Chenot qrupunun başqa güzəştləri tətbiq olunmur.

Bu kampaniya 31 dekabr 2016-cı ilədək qüvvədədir. 

Gümrahlığının qayğısına qalan və sağlamlığını uzunmüddətli yaxşılaşdırmaq istəyən hər bir kəs ideal istirahət və gəncləşmənin mükəmməl harmoniyasını təmin edən “Chenot Palace Health Wellness Hotel-ə  güvənə bilər.

Rezervasiya və əlavə məlumat üçün: reservations@chenotpalace.com və ya +994 50 2902878.

Web: http://www.chenotpalace.com/en

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7369
  • € EUR
    1.8716
  • ₽ RUB
    0.0274