PR

"AGBank" kart sahiblərinə xüsusi endirimlər edəcək
11 OKTYABR
124

"AGBank" kart sahiblərinə xüsusi endirimlər edəcək

2016-10-11 11:54:00

“AGBank” Visa Gold, Visa Platinum və Visa Infinite kart sahiblərinə xüsusi xidmətlər təklif edir. Bankdan fins.az-a verilən xəbərə görə, onlar bəzi mağazalarda, kinoteatrlarda, restoran və gözəllik salonlarında endirim əldə edəcəklər.

Visa Gold

Dəblə geyinməyi sevən “AGBank”-ın Visa Gold Kart sahiblərinə “United Colours of Beneton”, “OVS Italian Fashion” mağazalarında 15 %-dək endirim təklif olunur. Həmçinin dünyaca məşhur olan ispan uşaq ayaqqabısı brendi “Pablosky” mağazasında 15% endirim gözləyir. Kino həvəskarları isə Park Cinemada bütün seanslara 7.5 % endirim əldə edə biləcəklər.

Visa İnfinite

Dəblə addımlayan Visa İnfinite kart sahiblərinə isə Lacoste, İceberq İtalyan moda evi, Monnalisa mağazalarında 15% endirim təqdim edilir. Bu da hələ son deyil, Visa İnfinite kart istifadəçiləri Xalca Restaurant & Lounge restoranında 15 % və həmişə gözəl görünməyə üstünlük verənlərə isə Beauttech gözəllik salonunda bütün xidmətlərə 10 % endirim təklif olunur.

Visa Platinum

Visa Platinum kart sahiblərinə Juicy Couture, Adidas mağazalarında 15% endirim təklif olunur. Dincəlmək və nahar etmək arzusunda olanları Espressamente Restoranında 15 % endirim gözləyir. Daha ətraflı www.visa.com.az saytında

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7430
  • € EUR
    1.8487
  • ₽ RUB
    0.0275