PR

“Unibank” taksi sürücülərinə pulsuz xidmət göstərəcək
04 OKTYABR
156

“Unibank” taksi sürücülərinə pulsuz xidmət göstərəcək

2016-10-04 11:05:00

“Unibank” ASC, “Uber” və “Mastercard” birgə layihəyə start veriblər. Fins.az bildirir ki, layihə çərçivəsində “Uber”in tərəfdaş sürücüləri “Unibank”ın Bakı və ya Abşeronda yerləşən istənilən filialına yaxınlaşıb VÖEN hesabı açmalıdır. Dərhal filialda sürücüyə “Mastercard” debet kartı “Albalı Plus” təqdim olunur. “Uber” tərəfindən VÖEN hesabına köçürülən vəsait avtomatik olaraq həmin karta yatırılır və sürücü kartda olan vəsaitdən rahat şəkildə istifadə edə bilir. “Unibank”ın istənilən filialına yaxınlaşan hər bir sürücüyə pulsuz VÖEN hesabı açılır və “Mastercard” debet kartı “Albalı Plus” təqdim olunur. Bundan başqa, “Uber” sürücüləri “Unibank”ın “SMS Banking”, “Mobile Banking” və “Internet Banking” kimi xidmətlərindən tam pulsuz olaraq yararlana biləcək. Eyni zamanda, sürücülər kartdan nağdlaşdırmaya görə heç bir komisyon haqqı ödəməyəcək. Kart ilə nağdsız ödəniş etdikdə sürücüyə xərclənən məbləğin 20%-dək “cash back” geri qaytarılacaq, kartdakı qalıq məbləğə görə isə illik 6%-dək gəlir hesablanacaq.   

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8651
  • ₽ RUB
    0.0271