PR

Bank BTB yeni ödəmə terminallarına qoşuldu
29 SENTYABR
101

Bank BTB yeni ödəmə terminallarına qoşuldu

2016-09-29 12:12:00

Bank BTB müştərilərə rahat və çevik xidmət göstərmək üçün ExpressPay ödəniş terminallarına qoşulub. Terminallar vasitəsilə Bank BTB-də olan kreditlərin ödənilməsi, depozitlərin artırılması, kart və cari hesabların artırılması mümkündür.

Terminalda banklar bölməsində Bank BTB seçildikdən sonra müvafiq ödəniş növünü seçmək, daha sonra isə Müştəri kodu və doğum tarixini daxil etmək lazımdır. Növbəti səhifələrdə isə Müştəriyə aid məlumatlara əsasən, müvafiq seçimləri edib ödənişləri həyata keçirmək mümkündür. Əlavə olaraq burada kommunal ödənişlər, cərimələr, rüsumlar və s. ödənişlər də  həyata keçirilə bilər. 

Hazırda ExpressPay şəbəkəsi 600 ödəniş terminalından ibarətdir. Terminallar əsasən Bakı şəhərində olmaqla ölkənin 50 regionunda müştərilərin istifadəsi üçün əlverişli yerlərdə quraşdırılıb. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7369
  • € EUR
    1.8716
  • ₽ RUB
    0.0274