PR

Beynəlxalq Bank SİBOS-da stendini açdı
28 SENTYABR
162

Beynəlxalq Bank SİBOS-da stendini açdı

2016-09-28 10:43:00

Ümumdünya Banklararası Maliyyə Telekommunikasiya Cəmiyyətinin (SWIFT) hər il bir ölkədə təşkil etdiyi ənənəvi SİBOS sərgi-konfransı bu il İsveçrənin Cenevrə şəhərində işə başlayıb. Bank sektoru üzrə dünyanın ən böyük sərgisi sayılan bu tədbirdə ilk dəfə olaraq Azərbaycan Beynəlxalq Bankı da öz stendi ilə iştirak edir.

Məlumat üçün bildirək ki, belə bir sərgi-konfransın keçirilməsinə 1978-ci ildən başlanıb. Hər il müxtəlif ölkələrdən minlərlə nümayəndəni bir araya gətirən bu tədbir ümumdünya bank-maliyyə sektorunun mühüm nailiyyətlərindən sayılır.

Bu sərgi-konfransa iri bankların, maliyyə təşkilatlarının, eləcə də beynəlxalq maliyyə sektoru üçün avadanlıq və proqram təminatı istehsalçılarının və təchizatçılarının təmsilçiləri qatılır. Burada sektor üçün mühüm əhəmiyyət kəsb edən məsələlər, inkişaf istiqamətləri, gələcək əməkdaşlıq perspektivləri müzakirə edilir, təcrübə mübadiləsi aparılır. Regionun aparıcı banklarından olan Azərbaycan Beynəlxalq Bankının təmsilçiləri də tədbir çərçivəsində dünyanın bir sıra banklarının təmsilçiləri ilə işgüzar görüşlər keçirərək müzakirələr aparıblar. SİBOS sərgi-konfransı gələn il Kanadanın Toronto şəhərində təşkil olunacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8297
  • ₽ RUB
    0.0270