PR

Kapital Bank dünya miqyasında tanınmağı hədəfləyib
27 SENTYABR
196

Kapital Bank dünya miqyasında tanınmağı hədəfləyib

2016-09-27 12:30:00

Kapital Bank 26-29 sentyabr tarixlərində Cenevrədə keçirilən ənənəvi SIBOS – 2016 Beynəlxalq Sərgisində iştirak edir. Hər il olduğu kimi bu dəfə də Avropanın ən nüfuzlu sərgisində, dünyanın 200-dən artıq ölkəsinin iri bankları və maliyyə institutları təmsil olunurlar. Sərgiyə Kapital Bank-ın İdarə Heyətinin sədri Rövşən Allahverdiyevin başçılıq etdiyi nümayəndə heyəti də qatılıb. 

Mütəxəssislər son illərdə maliyyə sektorunda baş verən dəyişiklikləri, maliyyə xidmətləri sahəsində texnoloji meylləri, qlobal miqyasda ödəniş proseslərinin inkişafında innovasiyaların rolunu, biznes proseslərində risklərin minimum səviyyəyə endirilməsi istiqamətində yeni imkanları və digər məsələləri müzakirə edəcəklər. 

“Bir neçə gün davam edəcək tədbirdə Amerika, Avropa və Asiyanın iri banklarının nümayəndələri ilə görüşlərimiz oldu. Həmkarlarımızla hazırki dünya maliyyə bazarının vəziyyəti və gələcək perspektivləri barədə fikir mübadiləsi apardıq. Əminəm ki, belə tədbirlərdə iştirak regionun lideri olan Kapital Bank-ı dünya miqyasında tanıdacaq və strateji planlarımıza uyğun olaraq yeni əməkdaşlıq layihələrinin həyata keçirilməsinə öz töhfəsini verəcək” – deyə, Kapital Bank-ın İdarə Heyəti sədri Rövşən Allahverdiyev bildirib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7369
  • € EUR
    1.8625
  • ₽ RUB
    0.0272