PR

70-dən çox ölkə qoşuldu- RSM Dünya Günü
22 SENTYABR
140

70-dən çox ölkə qoşuldu- RSM Dünya Günü

2016-09-22 21:00:00

22 sentyabr 2016-cı il tarixi RSM-in 5-ci illik “RSM Dünya Günü” vəaltıncı ən böyük müstəqil audit, vergi və konsaltinq şəbəkəsinin ümumi baxış, dəyərlər və məqsədlərinin qeyd olunduğu gündür.Qlobal cəlbetmə programı çərçivəsində 38,000-dən çox işçi heyət RSM-in əməkdaşlıq, anlaşma, fikir və düşüncə gücünün təşviqi əhatəsində cəmləndi.

Əsas dəyərlərdən biri - qarşılıqlı anlaşma

Bütün dünyada, 70-dən çox ölkənin RSM heyəti üzvlərişirkətin müştərilərinin mənfəətinə xidmət edənəməkdaşlıq, fərdi anlayış, ideya kimi əsas dəyərlərini qeyd etmək üçün müxtəlif fəaliyyətlər vasitəsiləbirlikvə xeyriyyəçilik tədbirlərində birləşirlər.

“RSM Dünya Günü” fəaliyyətləri müştəri tədbirləri, heyətin səhər yeməyi, könüllü/ xeyriyyəçilik işləri və RSM-in ümumi məqsədinin, eləcə də,brend dəyərlərinin, qlobal şəbəkənin imkanlarının və–“Anlaşılmanın gücü” şüarı ilə ifadə olunanmövqeyinin daha yaxşı başa düşülməsi üçün təşkil olunan komanda işini ehtiva edir. Şəbəkə həmçinin, uğurlu biznes əlaqələri qurmaq üçün beynəlxalq mətbuat başlıqlarında və beynəlxalq hava limanlarında RSM-in əsas dəyərlərindən hesab olunan qarşılıqlı anlaşmanın inkişafınınəhəmiyyətini əks etdirən qlobal reklam kompaniyasına başlamışdır.

Yüksək keyfiyyətli audit, vergi və konsaltinq xidmətləri

2016 RSM Dünya Günü RSM şəbəkəsinin bir brend altında birləşməsindən bir il sonrakı tarixə təsadüf edir və bu tarixdə sahibkarlıq fəaliyyəti göstərən, böyüməkdə olan təşkilatlara yüksək keyfiyyətli audit, vergi və konsaltinq xidmətləri təmin edənşəbəkənin qlobal gücü möhkəmləndirilir.

RSM International-ın baş icraçı direktoru Jean Stephens çıxışı zamanı: “RSM Dünya Günündəbizimqlobal şəbəkə olaraq ortaq dəyərlərimizhəmişə qeyd edilib və bu il həyata keçirilən fəaliyyətlər bütün dünya üzrə üzv şirkətlərimizin ruh yüksəkliyini və fəaliyyətini daha da möhkəmləndirir. RSM Dünya Günü bizi yalnızca daxildən gücləndirmir, eyni zamanda müştərilərimizə və cəmiyyətimizə dəstəyinə görə təşəkkür etmək imkanı verir.

Mən üzv şirkətlərimizin RSM Dünya Günü üçün həyata keçirdiyi tədbirlər ilə son dərəcə qürur duyuram. Mən bütün üzv şirkətlərimizə miqyasından və tədbirlər çərçivəsindən asılı olmayaraq,RSM-i belə unikal qlobal şəbəkəyə çevirən əsas dəyərləri qürurla nümayiş etdirdikləri üçün təşəkkür etmək və onları təbrik etmək istəyirəm”.- sözlərini qeyd etmişdir.

İnkişaf yönümlü dəyişikliklər

RSM Azerbaijan kollektivi hər il olduğu kimi, bu ildə “RSM World Day” gününü Azərbaycan bölgələrindən birində qeyd etdi. 120 dən çox ölkədə qeyd olunan bu gün RSM Azerbaijan şirkəti əməkdaşları tərəfindən yetərincə maraqlı, əyləncəli və faydalı qeyd olundu. Tədbirdə şirkətin bütün heyyəti RSM Azerbaijanın İdaredici Partnyoru Tural Məhərrəmov tərəfindən “RSM World Day 2016” – adlıtəqdimatla tanış oldular. Təqdimata şirkətin keçən ilki fəaliyyətinin qısaca icmalı, 2016 – cı ildə müəyyən inkişaf yönümlü dəyişikliklərin tədbiqi, ümumilikdə dünya miqyasında RSM şirkəti tərəfindənhəyata keçirilən proyektlərdən əldə olunan müsbət göstəricilər, gələcəkdə şirkətin müştəriləri ilə maksimum yüksək məmnuniyyətinin təşkili yönümündə həyata keçirilməsi nəzərdə tutlan məsələlər, yeni müştərilərin əldə olunması üçün şirkət tərəfindən müştəri məmnuniyyətinin təşkili yönümündə bir sıra məsələlərin izahı aid edildi. Təqdimatdan sonra şirkətin əməkdaşları üçün hazırlanmış xüsusi slayd təqdim olundu. Sonda ənənəvi olaraq şirkətin logosunun əksi olan tort kəsildi.

Tədbirin 2-ci yarısı isə daha çox əyləncə məqsədi ilə təşkil olunduğundan əməkdaşlarımız tərəfindən müxtəlif oyun və aktiv fəaliyyət yönümdə davam etdirildi.

Hər il olduğu kimi bu ildə “RSM World Day 2016” həm şirkət haqqında yeniliklər həmdə əyləncə baxımından maraqla qeyd edildi.

RSM haqqında

RSM 120 ölkədə 760 ofis və 38000-dən çox insanı birləşdirən altıncı ən böyük müstəqil audit, vergi və konsaltinq şirkətidir. Şəbəkənin ümumi üzvlük haqqı gəliri 4.64 milyard dollardır.

RSM kommersiya mükəmməlliyi və sahibkarlıq fəaliyyətinin işıqlandırılmasına xidmət edən Avropa Biznes Mükafatlarının baş sponsoru və qalibidir.

RSM, əsas məqsədi davamlı və yüksək keyfiyyətli maliyyə və audit təcrübəsinin standartlarını təmin etmək olan Şirkətlər Forumunun üzvüdür.

RSM müstəqil fəaliyyət göstərən mühasibat və konsaltinq şirkətləri şəbəkəsi tərəfindən istifadə olunan brenddir. RSM International özü mühasibat və məsləhət xidmətləri göstərmir. Üzv şirkətlər həm yerli bazarda, həm də müştəri bazasına göstərilən beynəlxalq peşəkar xidmətlərdə yüksək keyfiyyətli peşəkar xidmətlərəəsaslanan ümumi vizyon ilə idarə olunur. www.rsm.global

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7369
  • € EUR
    1.8625
  • ₽ RUB
    0.0272