PR

CDB Bank və ASAN Radio – Xeyriyyə Tədbirində
14 SENTYABR
167

CDB Bank və ASAN Radio – Xeyriyyə Tədbirində

2016-09-14 14:07:00

“Caspian Development Bank” (CDB) ASC və ASAN Radio Qurban bayramı münasibəti ilə Bakı şəhər 1 saylı psixonevroloji sosial xidmət müəssisəsində xeyriyyə tədbiri keçirib. 270-ə yaxın sakini olan müəssisədə öncə nahar süfrəsi açılıb, daha sonra isə incəsənət nümayəndələrinin iştirakı ilə maraqlı konsert proqramı olub. Baş həkim Rəhnumə Cəfərova müəssisənin kollektivi və sakinləri adından təşkilatçılara öz təşəkkürünü bildirib.

“CDB Bank”ın İctimaiyyətlə Əlaqələr üzrə baş mütəxəssisi Elşən Allahverdiyev bu tədbirin bank, eləcə də radio rəhbərliyi tərəfindən daim xüsusi sevgiyə ehtiyacı olan insanlara verilən diqqət, qayğı kimi dəyərləndirib: “Belə bir müqəddəs bayramda kimsəsiz, sevgiyə ehtiyacı olan, fiziki qüsurlu insanlarla bayramı qeyd etmək, onlara sevinc bəxş etmək bizim üçün çox xoşdur. Bu “CDB Bank”ın Asan Radio ilə ilk layihəsi deyil. Gələcəkdə də ənənəmizə sadiq qalaraq belə xeyriyyə tədbirlərinin keçirilməsi nəzərdə tutulur”.

Qeyd edək ki, korporativ sosial məsuliyyətə xüsusi önəm verən “CDB Bank” cəmiyyətin bütün sosial təbəqələrini əhatə edən müxtəlif xeyriyyə tədbirlərinin keçirilməsini daima diqqət mərkəzində saxlayır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8516
  • ₽ RUB
    0.0272