PR

NIKOIL | Bank nizamnamə kapitalını artırır - AÇIQLAMA
05 SENTYABR
164

NIKOIL | Bank nizamnamə kapitalını artırır - AÇIQLAMA

2016-09-05 11:43:00

"NİKOYL" İnvestisiya-Kommersiya Bankı səhmdarlarının növbədənkənar yığıncağı keçirilib. Avqustun 31-də Moskvada baş tutan yığıncağın gedişində Bankın nizamnamə kapitalının 60 mln. manat məbləğində artırılması haqqında qərar qəbul edilib.

Qeyd edək ki, "NİKOYL" Bank səhmdarlarının bu qərarından sonra bankın nizamnamə kapitalı 94 mln. 500 min manat təşkil edəcək.

Xatırladaq ki, bu məsələ  "NİKOYL" Bankın Müşahidə Şurasının bu yaxınlarda keçirilmiş iclasında müzakirə edilmişdi və iclasda nizamnamə kapitalının cari ilin sentyabr ayından gec olmayaraq artırılması tövsiyyə olunmuşdu.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7369
  • € EUR
    1.8716
  • ₽ RUB
    0.0274