PR

36 milyon manat məbləğində 1592 kredit verib
30 AVQUST
223

36 milyon manat məbləğində 1592 kredit verib

2016-08-30 09:57:00

NIKOIL | Bank kiçik və orta biznesin kreditləşdirməsini aktiv şəkildə davam etdirir.

Artıq 12 ildir ki, NIKOIL | Bank Sahibkarlığa Kömək Milli Fondu ilə fəal əməkdaşlıq edir. SKMF-nun xətti ilə güzəştli kreditlərin əsas alıcıları ölkənin müxtəlif bölgələrindəki kiçik və orta biznes subyektləridir. Bu kreditlər Azərbaycanda istehsalın və kənd təsərrüfatının müxtəlif sahələrinin inkişafına təsir edən əsas motivasiya amillərindəndir. Bu müddət ərzində Bank tərəfindən 36 mln. manat məbləğində 1592 kredit verilib.

Bugün də NIKOIL | Bank bazarın kiçik və orta biznes seqmentinin iştirakçıları olan çörək və un məmulatlarının bişirilməsi və digər ərzaq və məhsullarının istehsalı ilə məşğul olan sahibkarlar eləcə də heyvandarlıq, arıçılıq, balıqçılıq, əkinçiliklə məşğul olan fermerlər üçün sərfəli kredit şərtləri təklif edir. Kredit məbləği 5000-10 000 000 AZN, kredit müddəti kreditin məbləğindən asılı olaraq 10 ilədək, illik 6% dərəcəsi ilə kredit müddətinin yarısına qədər güzəşt dövrü ilə verilir.

Daha ətraflı məlumat üçün (012) 981 qısa nömrəsinə zəng edərək NIKOIL | Bank-ın Məlumat Mərkəzi ilə əlaqə saxlaya və ya SKMF-nun rəsmi www.anfes.gov.azsəhifəsinə daxil olaraq məlumat əldə edə bilərsiniz. Həmçinin SKMF tərəfindən Respublikanın müxtəlif bölgələrində keçirilən kredit yarmarkalarında iştirak edərək daha geniş məlumat əldə etmək mümkündür. Qeyd edək ki, NIKOIL | Bank bütün yarmarkaların fəal iştirakçısıdır.

Bu gün NIKOIL | Bank əhaliyə milli və xarici valyutada həyata keçirilən hesablaşma, kredit, kart, zəmanət, banklararası, sənədli və digər əməliyyatların da daxil olduğu xidmətlərin tam paketini təklif edən universal maliyyə-kredit təşkilatıdır. Bankın filial şəbəkəsi Bakı, eləcə də Azərbaycanın bölgələrində yerləşmiş 21 satış məntəqəsindən ibarətdir. Bankın bütün məhsulları, aksiyaları və xüsusi təklifləri barədə məlumatı Bankın korporativ www.nikoil.az səhifəsinə və ya sosial şəbəkədə rəsmi səhifəsinə daxil olaraq əldə edə bilərsiniz: https://www.facebook.com/bank.nikoil

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8516
  • ₽ RUB
    0.0272