PR

“Səyahət həyəcanı” kampaniyasının qalibləri məlum oldu
29 AVQUST
184

“Səyahət həyəcanı” kampaniyasının qalibləri məlum oldu

2016-08-29 16:17:00

Azər Türk Bankın “Səyahət həyəcanı” kampaniyasının qalibləri məlum olub. Müsabiqənin nəticələrinə görə, Bankın ödəniş kartları vasitəsilə ən çox sayda əməliyyat aparmış müştərilər arasından Namiq Aydın oğlu Hüseynov, Leyla Vaqif qızı Hüseynova və Şaiq Səfər oğlu Əliyev qalib adını qazanaraq Türkiyənin Bodrum şəhərində bir həftəlik istirahət imkanı qazanıblar. Qaliblərin seçilməsi zamanı ödəniş kartları ilə edilmiş əməliyyatların sayı ilə yanaşı, məbləği də nəzərə alınıb. Qeyd edək ki, kampaniya 01 iyun-15 avqust 2016-cı il tarixləri arasında keçirilib.

Qaliblərin istirahəti üçün nəzərdə tutulan şəhərin seçiminə gəlincə isə bu, Azər Türk Bankın sosial şəbəkələrdəki korporativ səhifələrində təşkil olunmuş səsvermə yolu ilə müəyyənləşdirilib.

İqtisadiyyatın real sektoruna maliyyə dəstəyinin verilməsini özünün əsas missiyası kimi müəyyənləşdirmiş “Azər Türk Bank” ASC-nin səhmlərinin 75 faizi Azərbaycan dövlətinə məxsusdur. Bankın xidmət şəbəkəsi, məhsul və xidmətləri barədə daha ətraflı məlumatları www.azerturkbank.az saytından, Bankın sosial şəbəkələrdəki korporativ səhifələrindən, yaxud (012) 945 nömrəli Məlumat Mərkəzindən əldə etmək olar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7430
  • € EUR
    1.8487
  • ₽ RUB
    0.0275