PR

Eyni qiymətə iki dəfə çox internet
22 AVQUST
152

Eyni qiymətə iki dəfə çox internet

2016-08-22 12:19:00
Bakcell müxtəlif müştəri qruplarının ehtiyaclarına uyğun olaraq geniş çeşidli internet paketlərini-gündəlik 25MB cəmi 0.10 AZN-dən başlayan, həmçinin müxtəlif trafik həcmli və limitsiz paketlərini təklif edir.
 
Abunəçiləri daha rahat təcrübə ilə təmin etmək məqsədilə Bakcell şirkəti smartfonlar üçün təklif etdiyi internet paketlər çeşidini daha sərfəli edib.
 
Belə ki, şirkət paketlərin qiymətini artırmadan, müştərilərə eyni qiymətə ikiqat həcmə qədər internet təqdim edir. Bundan əlavə, limitsiz paketlərin yenilənməsi zamanı nəinki təqdim olunan MB kvotası, hətta müştəri təcrübəsi səviyyəsi belə mühüm dərəcə artırılıb. Adətən limitsiz internet paketlərin təyin edilmiş meqabayt kvotası başa çatanda internet sürəti da aşağı düşür. İndi isə limitsiz internet paketlərin təyin edilmiş meqabayt kvotası başa çatdıqda “Bakcell”in avtomatik “Yüksək sürət” xidməti sayəsində abunəçilər hər 100 MB üçün sadəcə 0.89 AZN ödəməklə aylıq limitsiz paketin növbəti yenilənməsinə qədər internetdən yüksək sürətlə istifadə etmək imkanına malikdirlər.
 
Bakcell şirkətinin baş marketinq və satış direktoru cənab Fedja Hadziç bildirib. “İnternet tariflərinin ətraflı təhlili bizim üçün abunəçilərimizi sevindirməyə daha böyük imkanlar yaradır. Abunəçilərimiz daha az ödəməklə daha çox internet əldə etməyə layiqdirlər”. 
 
Qeyd edək ki, Bakcell şirkəti “carrier aggregation” (tezlik daşıyıcılarının birləşməsi) texnologiyasından istifadə edərək dünya üzrə Kateqoriya 6 “LTE-Advanced” xidmətlərini göstərən 73 şəbəkədən biridir.
 
Hazırda, yenilənmiş Bakcell şəbəkəsi daha yüksək internet sürətini (225 mbit/s) dəstəkləməyə tam şəkildə hazırdır.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8516
  • ₽ RUB
    0.0272