PR

“NAĞDSIZ ÖDƏ NAĞD QAZAN” - UDUŞLAR elan edildi
17 AVQUST
113

“NAĞDSIZ ÖDƏ NAĞD QAZAN” - UDUŞLAR elan edildi

2016-08-17 11:29:00

“AtaBank”ın keçirdiyi "NAĞDSIZ ÖDƏ NAĞD QAZAN" ani stimullaşdırıcı lotereya kampaniyası çərçivəsində 8 548 manat  pul mükafatı sahiblərinə təqdim olunub. Bu il mayın 1-dən start götürən kampaniyada 13  650 ədəd lotereya kuponları paylanıb. Lotereyada "AtaBank" tərəfindən ticarət, ictimai-iaşə və ya xidmət obyektlərində quraşdırılmış POS-terminallar vasitəsilə Azərbaycanda fəaliyyət göstərən istənilən bank tərəfindən emissiya edilən ödəniş kartları ilə nağdsız əməliyyatlar aparan rezident şəxslər iştirak ediblər.

Keçən il olduğu kimi “AtaBank” ASC kartları ilə ödəniş edən və çekləri təqdim edən kart sahiblərinə hər 10 manatlıq çek üçün bir kupon təqdim edilir. Digər bankların kartları ilə ödəniş edənlər isə 20 manatlıq alış-veriş çekinə görə bir kupon əldə edəcəklər!

Əlavə edək ki, kampaniyanın keçirilməsində məqsəd ölkədə nağdsız ödənişlərin stimullaşdırılması sahəsində aparılan tədbirləri sürətləndirməkdir. Hazırda “AtaBank” ASC-nin POS-terminallarının sayı 20 000-ə yaxındır. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8651
  • ₽ RUB
    0.0271