PR

Bu bankın reytinqi təsdiqləndi
16 AVQUST
356

Bu bankın reytinqi təsdiqləndi

2016-08-16 12:20:00

Beynəlxalq reytinq agentliyi “Fitch Ratings” Azərbaycanın aparıcı banklarından biri olan "AtaBank" ASC-nin qısamüddətli reytinqini "B" və uzunmüddətli reytinqini “B-“ səviyyəsində növbəti dəfə təsdiqləyib. Bankdan fins.az-a verilən xəbərə görə, ASC “RWN” statusundan çıxarılıb.

“Fitch Ratings” agentliyi “AtaBank” ASC-nin reytinqini qiymətləndirərkən korporativ idarəetmədə müsbət təcrübəsini, stabilliyini və  daha çox şəffaflıq nümayiş etdirməsini əsas götürüb.

1993-cü ildən fəaliyyət göstərən "AtaBank" ASC Azərbaycanın ən böyük kommersiya strukturlarından biridir. Bu gün "AtaBank" ASC yüksək texnologiyalı universal bank olmaqdadır. Bakıda və ölkənin müxtəlif regionlarında Bankın 26 filial və şöbəsi fəaliyyət göstərir. Bank korporativ və fərdi müştərilərə tam xidmətlər spektrini təqdim edir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7430
  • € EUR
    1.8487
  • ₽ RUB
    0.0275