PR

"AtaBank"ın "Elmlər" şöbəsi açıldı
15 AVQUST
69

"AtaBank"ın "Elmlər" şöbəsi açıldı

2016-08-15 10:50:00

“AtaBank” ASC-nin yeni "Elmlər" şöbəsi açıldı. Elmlər Akademiyası metrosunun yaxınlığında yerləşən Bəxtiyar Vahabzadə küçəsində fəaliyyət göstərən şöbə fiziki və hüquqi şəxslərə geniş spektr bank xidmətləri göstərir. 

Yeni açılmış şöbədə həm fiziki, həm də korporativ müştərilərə bütün bank xidmətləri, o cümlədən hesablaşma-kassa əməliyyatları, əmanətlərin qəbulu, təcili pul köçürmələri, valyuta mübadiləsi, kommunal xidmətlərin ödənişi, biznesin inkişafı üzrə məsləhətlərin verilməsi və s. xidmətlər təklif olunur. 

Şöbənin açılış mərasimində “AtaBank”ın İdarə Heyəti sədrinin müavini Səbuhi Əliyev və Filiallarla iş departamentinin  direktoru Nəsimi Kərimov iştirak ediblər. Açılış mərasimində “AtaBank”ın İdarə Heyəti sədrinin müavini Səbuhi Əliyev şöbə ilə bağlı bildirib ki, “ AtaBank ASC Bakı və regionlarda geniş xidmət şəbəkəsinə malik olan banklardan biri olaraq, "Elmlər"şöbəsini gələcəkdə 24 saat fasiləsiz xidmət göstərməsini nəzərdə tutur”. 

"AtaBank"-ın  "Elmlər" şöbəsi bazar ertəsindən cümə gününə kimi saat 9:00-dan 18:00-a kimi müştəriləri qəbul edir. "AtaBank"-ın yeni "Elmlər" şöbəsi müştəriləri rahat və geniş ofisində görməyə şad olacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7369
  • € EUR
    1.8716
  • ₽ RUB
    0.0274