PR

Təmassız ödəniş kartları buraxdı – AZƏR TÜRK BANK
12 AVQUST
116

Təmassız ödəniş kartları buraxdı – AZƏR TÜRK BANK

2016-08-12 12:05:00

Azər Türk Bank MasterCard PayPass təmassız ödəniş kartlarını təqdim edir. Müştərilərin rahatlığının təmin edilməsi məqsədi ilə tətbiq olunan bu yenilik Bankın bu növ kart sahiblərinə MasterCard PayPass loqotipi ilə təchiz olunmuş POS-terminallarda bir toxunuşla ödəniş etmək imkanı yaradacaq. Kart sahibləri kartlarını təmassız ödənişləri qəbul edən Post-terminallara yaxınlaşdırmaqla xırda ödənişləri PİN-kod daxil etmədən həyata keçirə biləcəklər. Bu da Azər Türk Bankın MasterCard PayPass təmassız ödəniş kartlarının sahiblərini əlavə vaxt itkisindən azad edəcək.

Eyni zamanda bank təsərrüfat subyektlərinə təqdim etdiyi POS terminallarda da təmassız ödənişlərin qəbulunu aktivləşdirir. Artıq ən son texnalogiya ilə təchiz olunmuş kartlarla da bu tip POS terminallarda ödəniş etmək mümkündür.

Azər Türk Bankın MasterCard PayPass təmassız ödəniş kartlarına sahib olmaq istəyən şəxslər Bankın istənilən filialına müraciət edə bilər, yaxud www.azerturkbank.az saytı vasitəsilə online qaydada debit və kredit kartları sifariş edə bilərlər.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8516
  • ₽ RUB
    0.0272